Azərbaycanlı rejissordan İranda türklərin məruz qaldığı ayrı-seçkiliyə ETİRAZ – VİDEO

04.05.2019, 13:34

GünAz TV: Azərbaycanlı rejissor İranda türklərin sistemli şəkildə ayrı-seçkiliyə məruz qalmasına etiraz edərək hər zaman türkcə film çəkəcəyini bildirib.

 

Türk dilində hazırlanan “Kömür” filminin rejissoru İsmayıl Münsif İnstqaram səhifəsində Fəcr Film Festivalı məsullarının onun türkcə əsərinə laqeyd münasibətindən şikayətlənib.

 

O bildirib ki, “Kömür” filminə heç bir mükafat nəsib olmadı, hətta münsiflər heyəti həvəsləndirmək məqsədi ilə də olsa, filmin aktyorlarından birini belə mükafatlandırmadı.

 

“Şübhəm yoxdur ki, əgər film fars dilində və tanınmış bir ssenaristlə istehsal olunsaydı, bu gün onun taleyi tam fərqli olardı. Lakin mən deməliyəm ki, hər zaman türk dilində film çəkəcəm. O qövmün dilində ki, onun İran kinoteatrından payı yalnız nir sıra gülünc elementlərdən ibarətdir, hansı ki, hər bir izləyici ona gülür və İrşad İdarəsi tərfindən heç vaxt senzura tətbiq olunmur. Bu, müxtəlif qövmlərin təhqir olunması deməkdir,”- deyə rejissor səhifəsində qeyd edib.

 

https://www.youtube.com/watch?time_continue=28&v=38vJfeHWZ9s

 

Türk dilində olan film o halda diqqətdən kənarda qalıb ki, bundan əvvəl film üzrə bir çox mütəxəssis və tənqidçi onu bəyənərək rejissorun işini yüksək qiymətləndiriblər.

 

“Kömür” filminin dastanında sərhədyanı bir kənddə yaşayan Qeyrət adlı birisindən bəhs olunur. Kömür istehsal etməklə məşğul olan Qeyrətin oğlu Yaşar qızıl oğurladığına görə həbs edilib. Bacısının toyuna görə məzuniyyətə çıxan Yaşar qəflətən yoxa çıxır, bu, Qeyrət üçün bir çox problem yaradır... .

 

N.S

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

BMT-də İran və Ermənistan haqqında sərt sözlər – VİDEO

2023-03-25

gun az article

Prezident İlham Əliyev yunanıstanlı həmkarına təbrik məktubu göndərib

2023-03-25

gun az article

İranda uruc tutmayanların iş yerləri bağlanır

2023-03-25

gun az article

ABŞ senatoru: "İran neft emalı zavodları vurulsun"

2023-03-25

gun az article

İranda yol qəzalarında hər gün 40 nəfər həyatını itirir

2023-03-25

gun az article

Zahidanda nümayişlər keçirilib

2023-03-25

gun az article

Suriyada öldürülən İrana bağlı qüvvələrin sayı artdı

2023-03-25

gun az article

Sarqsyan: “Ermənistan hakimiyyətinin gücü onun həyasızlığındadır”

2023-03-25

gun az article

“Forbes”: “Rusiya Azərbaycan Ordusunun müharibə təcrübəsindən yararlana bilərdi”

2023-03-25

gun az article

Ukrayna kəşfiyyatı: “Rusiya vətəndaşları Krımdan çıxır”

2023-03-24

gun az article

Sülhməramlıların yerləşdiyi ərazimizdəki qanunsuz erməni silahlıları mövqelərimizi atəşə tutub

2023-03-24

gun az article

Britaniya Azərbaycan Ordusunun hərbçiləri üçün təlim keçib

2023-03-24

gun az article

Əli Xameneyinin istefasını tələb edən qadının ağır həbs cəzası təsdiq edildi

2023-03-24

gun az article

BMT nümayəndəsi Tehran rejiminə qarşı təzyiqlərin artırılmasını istədi

2023-03-24

gun az article

Son iki ildə İrana bağlı silahlılar onlar dəfə Amerika qüvvələrinə hücum ediblər

2023-03-24

gun az article

Suriyada İrana bağlı silahlılar öldürülüb

2023-03-24

gun az article

Brüsseldə Tehran müxalifləri etiraz aksiyası keçirib

2023-03-24

gun az article

SEPAH-ın daha bir komandanı sərhədimizə gəldi

2023-03-24

gun az article

İranda 5,6 gücündə zəlzələ olub

2023-03-24

gun az article

“ABŞ Qərb banklarının rus oliqarxları ilə əlaqələrini araşdıracaq”- “Bloomberg”

2023-03-24