SON XƏBƏRLƏR

ETTELAAT Nazirliyi Xuzistanda “əksinqilabçı” silahlı dəstəni zərərsizləşdirdiyini bildirib

2021.10.20, 07:36
ETTELAAT Nazirliyi Xuzistanda “əksinqilabçı” silahlı dəstəni zərərsizləşdirdiyini bildirib

Gunaz.tv

Bəyanatda bildirilir ki, regionun bir sıra ölkələrinə bağlı olan və ölkənin milli təhlükəsizliyinə qarşı xələl gətirmək istəyən “əksinqilabçı” dəstə üzvləri sentyabrın 26-sı axşam saatlarında Xuzistan əyalətinin cənub-qərbindəki sərhəd məntəqəsində İran təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalaraq məhv edilib.


Hücumda “əksinqilabçı” yaraqlı dəstə üzvlərindən külli miqdarda silah-sursat ələ keçirildiyi bildirilir.


ETTELAAT-ın yaydığı bəyanatında zərərsizləşdirilən dəstə üzvlərinin adları və onların hansı müxalif partiyanın üzvləri olduğu açıqlanmayıb.
 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar