SON XƏBƏRLƏR

Bağdadinin bacısının həbsi ilə bağlı RƏSMİ AÇIQLAMA

2021.10.20, 07:36
Bağdadinin bacısının həbsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Gunaz.tv

GünAz TV: İŞİD terror təşkilatının öldürülmüş lideri Əbubəkr əl-Bağdadinin bacısı Rəsmiyyə Avadın həbs xəbəri təsdiqlənib. 

 

APA-nın yaydığı məlumata görə, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun "Twitter"də bildirib ki, dünən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Əbubəkr əl-Bağdadinin bacısı Rəsmiyyə Avad həbs edilib.  

 

"Türkiyənin terrorla mübarizəsi davam etməkdədir. Əbubəkr əl-Bağdadinin bacısının həbsi Türkiyənin terrorla mübarizə sahəsində qazandığı uğurlu nümunələrindən biridir. Terrorun hər növü ilə mübarizədə başı bəlalar çəkən ölkəmiz İŞİD-lə mübarizədə qərarlı və qətiyyətlidir", - Fəxrəddin Altun vurğulayıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar