SON XƏBƏRLƏR

Bakı NATO-ya "ləng inkişaf yolu" ilə gedir

2021.10.20, 07:36
Bakı NATO-ya "ləng inkişaf yolu" ilə gedir

Gunaz.tv
Bakı NATO-ya "ləng inkişaf yolu" ilə gedir Daniel Frid: "ABŞ Azərbaycanın bu seçiminə hörmət göstərir" "Birləşmiş Ştatlar istəyir ki, Cənubi Qafqaz dövlətləri azad, demokratiya və bazara əsaslanan iqtisadiyyat yolu ilə getsin". Bu sözləri ABŞ dövlət katibinin Avropa və Avrasiya ölkələri üzrə müavini Daniel Frid ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı bildirib. Frid Rusiyanın və ya hər hansı xarici qüvvənin bu ölkələrə təsir edə biləcəyinə inanmır. "Azadlıq" radiosunun xəbərinə görə, Kondoliza Raysın müşaviri deyib ki, artıq Gürcüstan NATO-ya qoşulmaqla bağlı öz seçimini edib. Azərbaycan isə bu qurumla bağlı daha ləng inkişaf yolunu tutub, Amerika Azərbaycanın bu seçiminə hörmət göstərir: "Amerika Azərbaycanın Əfqanıstandakı hərbi kontingentinin sayını 90 nəfərədək artırmaq barədə niyyətini alqışlayır. Azərbaycanın NATO ilə münasibətləri inkişaf etdirmək imkanları var". Konqresmenlərin suallarına cavab verən Frid Azərbaycan "bir sıra Azərbaycan rəsmilərinin davakar ritorikasının Azərbaycanın müharibəyə hazırlaşmasından xəbər vermədiyini" deyib. Azərbaycanın işğal olunmuş torpaqları geri qaytarmaq üçün hərbi qüdrətini artırdığı barədə xəbərlərin olması haqqında təkrar suala cavab verərkən o, bir daha bildirib ki, Amerikanın qiymətləndirmələrinə görə "Azərbaycan müharibəyə hazırlaşmır". Konqresmenlərin " ABŞ Azərbaycanın "müharibə maşınını" saxlamaq üçün nə edib" sualına isə Frid belə deyib:""Biz onlara səmimi olaraq izah etmişik ki, Azərbaycanın var-dövləti neftdən, qazdan gəlir. Müharibə bu var-dövləti təhlükə altında qoyar. Həm də Azərbaycanın hərbi gücü Ermənistanınkından çox deyil. Bu, Amerikanın fikridir. Müharibə Azərbaycana da, Ermənistana da baha başa gələr, heç bir tərəf qalib olmaz. Müharibəni yenidən başlamağın səmərəsi yoxdur. Azərbaycan rəsmilərinin təsadüfi aqressiv çıxışları bizi narahat edir. Biz hökuməti sülh danışıqlarına çağırmışıq və çağıracağıq. Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin bütün Qafqaza faydasını da izah edirik". Frid bildirib ki, Qarabağ münaqişəsinin həlli Ermənistanın regiona inteqrasiyasına da yardım edər. Dediyinə görə, Ermənistanın regiona inteqrasiyası Amerika üçün xüsusi prioritetə çevrilib. Səbəbi Ermənistanda baş alıb gedən korrupsiya, demokratiya sarıdan geriləmə və ölkənin coğrafi baxımdan təcrid olunmasıdır. Dünya Bankı bildirir ki, Azərbaycan və Türkiyənin blokadası Ermənistan YDM-ini ildə 38% azaldır. Konqresmenlər Ermənistanın blokadadan çıxması üçün Amerika hökumətinin nə etdiyini də soruşub. Daniel Frid onlara belə cavab verib: "Barışıq üçün hər iki tərəfin siyasi iradəsi olmalıdır, bəzi incə, ağrılı məsələlər yoluna qoyulmalıdır. O cümlədən Osmanlı dövründə milyon yarımdan çox erməninin qırılması və qaçqın düşməsi məsələsi. Türkiyə bu tarixlə razılaşmalıdır. Ermənistan da Türkiyənin sərhədlərini tanımalıdır, Ankaranın edə biləcəyi konstruktiv cəhdlərə cavab verməlidir". Daniel Frid ermənilərlə bağlı çıxışında bir dəfə də olsun "soyqırım" sözünü işlətməyib. Ermənipərəst konqresmen Dayon Uatson Fridə buna etiraz olaraq soruşub ki, Dövlət Departamenti rəsmilərə "erməni soyqırımı" ifadəsini işlətməmək barədə təlimatmı veribmi? Frid deyib ki, Birləşmiş Ştatlar olanı inkar etmir, amma "soyqırım" sözündən istifadə Ermənistanla Türkiyənin barışına kömək olmaz. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar