SON XƏBƏRLƏR

Bədgüman politoloqlar...

2021.10.20, 07:36
Bədgüman politoloqlar...

Gunaz.tv
Bədgüman politoloqlar... Bakı-İrəvan-Moskva video-körpüsündə rusiyalı ekspertlər Qarabağ münaqişəsinin hamını qane edəcək həllini "mif" saydılar Dünən Bakı, İrəvan və Moskva arasında keçirilən video-körpüdə politoloqlar, siyasətçilər Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi haqqında fikirlərini bildiriblər. Video-konfransda Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serж Sərkisyanın Sankt-Peterburq görüşünün yekunları müzakirə edilib. Tədbirdə Azərbaycan tərəfdən Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə, politoloqlar Eldar İsmayılov və Fikrət Sadıxov, Ermənistan tərəfdən Qafqaz KİV İnstitutunun direktoru Aleksandr İsgəndəryan və Milli Demokrat Partiyasının sədri Şavarş Köçəryan, Rusiyadan isə Siyasi və Hərbi Təhlil İnstitutunun beynəlxalq münasibətlər şöbəsinin müdiri Sergey Markedonov və politoloq Aleksandr Skakov iştirak ediblər. APA-nın məlumatına görə, rusiyalı politoloq Markedonov Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşünün münaqişənin həllində irəliləyişə səbəb olmadığına diqqət çəkib: "Əsas nəticə görüşün özünün baş tutmasıdır". Lakin bu görüşdən çox böyük nəticələr gözləməyə dəyməzdi. Onun fikrincə, son vaxtlar danışıqlar prosesi geriləyib və 2007-ci ildə 2006-cı il ilə müqayisədə cəbhədə atışma üç dəfə artıb:"Cari il martın 4-5-də atəşkəs reжimi mövcud olduğundan bəri ən güclü silahlı qarşıdurma olub. Bundan başqa, tərəflər bir-birini inkar mövqeyində dururlar" ("Turan"). DİP sədri Mollazadə isə görüşün tanışlıq xarakteri daşıdığını və münaqişənin həlli ilə bağlı bədbin olduğunu söyləyib: "Danışıqlar Ermənistan üçün imitasiya xarakteri daşıyır. Amma biz hesab edirik ki, hətta minimal şansdan belə istifadə edilməlidir". Ermənistandan olan ekspert, Qafqaz KİV institutunun direktoru Aleksandr İsgəndəryan bildirib ki, münaqişənin həlli üçün zəmin görmür. Onun fikrincə, danışıqlar prosesindən ya üstünlük əldə edilməsi üçün istifadə olunur, ya da imitasiya xarakteri daşıyır. Onun fikrincə, münaqişənin həllini hüquqi deyil, siyasi müstəvidə axtarmaq lazımdır. O, hesab edir ki, münaqişə yaranmış siyasi reallıqlardan irəli gələrək həll edilməlidir. Beynəlxalq hüquqa istinadlar effektli deyil. İsgəndəryana görə, beynəlxalq ictimaiyyət olmasaydı, heç danışıqlar da aparılmazdı. Azərbaycanlı politoloq Sadıxov hesab edir ki, prezidentlərin görüşünün keçirilməsində öz siyasi imicini reanimasiya etmək istəyən Serж Sərkisyan daha çox maraqlı olub. Professor İsmayılova görəsə, Sərkisyanla danışıqlarda pozitiv məqamlar da olub: "O, bizim keçmiş partiya işçimizdir, dilimizi bilir". Rusiyalı Skakov prezidentlərin görüşünün yaxşı fakt olduğunu desə də, bunu az olduğunu əlavə edib: "Müəyyən mərhələdən sonra bu görüşlər adi reallığa çevrilir". Politoloq Skakov isə hesab edir ki, ATƏT-in Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar "tərəflərə heç nə vermir": "Əsas məsələ odur ki, danışıqlar - istər MDB, istər BMT, istərsə də ATƏT çərçivəsində aparılsın, - eyni olaraq qalır və danışıqlar prosesinin imitasiyasının harada getməsini bir əhəmiyyəti yoxdur. Buna görə də ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqların nə isə nəticəsi olduğu ilə bağlı özünü aldatmaq lazım deyil. Bu danışıqlar tərəflərə heç nə vermir. ATƏT-in Minsk Qrupu üzvlərinin bu qəribə optimizmi heç nəyə əsaslanmır, onlar sadəcə boş yerə iş görmədiklərinə dair görüntü yaratmaq istəyirlər". Rusiyalı politoloq münaqişənin həllində zaman amilinə güvənməyin də yersiz olduğunu bildirib: "Ymid etmək olmaz ki, 20 il keçəcək, Azərbaycan güclü dövlətə çevriləcək və problem öz-özünə həllini tapacaq. Çünki zaman təkcə Azərbaycanın deyil, Ermənistan və Dağlıq Qarabağın da xeyrinə işləyir". Hamını qane edəcək həllə nail olunması mümkünlüyünü mif adlandıran Skakov danışıqlar üçün Bakı-İrəvan və Bakı-Xankəndi platformalarının yaradılmasını vacib sayıb. Onun fikrincə, yalnız qarşılıqlı etimadın möhkəmlənməsi üzrə tədbirlər həyata keçirilməsindən danışmaq olar. Xüsusən, yerli layihələrin rellaşdırılması mümkündür, məsələn, Şuşa və Ağdamın memarlıq abidələrinin bərpası üzrə. Belə ki, onlar yalnız Azərbaycana məxsus deyil, həm də ümumdünya mədəni irsinin abidələridir. Azərbaycanlı ekspertlərisə xatırladıblar ki, münaqişə tərəfi məhz Azərbaycan ərazilərini işğal etmiş Ermənistandır. Mollazadə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qəsd etməsinə konkret misallar göstərib. Əvvəlki prezident seçkilərində Ermənsitan müxalifəti bildirib ki, Köçəryan seçkidə iştirak etmək hüququna malik deyil, belə ki, o, Ermənistan ərazisində 10 ildən artıq yaşamayıb. Köçəryanın prezidentliyə namizədliyinin qeydiyyatına icazə verən məhkəmə qərarında Ermənistan parlamentinin 1989-cu il tarixli "Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında" qərarı yer alıb. Bundan başqa, son seçkilərdə Dağlıq Qarabağ ərazisində hərbi hissələrdə səsvermə təşkil olunub, bu səsvermədə Ermənistandan orduya çağırılan əsgərlər səs verib. Mollazadə qeyd edib ki, DQ ermənilərinin danışıqlarda iştirakı haqqında tələblər Ermənistanı Azərbaycan ərazilərinin işğalına görə məsuliyyətdən yayındırmaq cəhdidir. Buna cavabda Ermənistanın Milli Demokrat Partiyasının lideri Şavarş Köçəryan bildirib ki, "nə qədər ki, Azərbaycanda belə yanaşma var, münaqişə həll olunmayacaq". Professor İsmayılov Qarabağ münaqişəsi üçün millətlərin öz müqəddəratını həll etməsi prinsipinin tətbiqinin mümkün olmadığını bildirib. Dağlıq Qarabağ bütün Qarabağın bir hissəsdir və Dağlıq Qarabağ siyasi deyil, coğrafi anlayışdır. Bundan başqa, millətin bir hissəsi öz müqəddəratını həll edə bilməz. "Turan"ın Rusiya ekspertlərinin Bakının DQ-yə, Tatarıstan modeli kimi, ən yüksək muxtariyyət verməyə hazır olmasını niyə qiymətləndirməməsi barədə sualına Markedonov nədənsə əsəbi reaksiya verib. Onun sözlərinə görə, Tatarıstanda üç illik müharibə olmayıb, işğal olmayıb, Rusiyadan çıxarılma haqda bəyanat olmayıb: "Tatarıstanın muxtariyyət modeli Dağlıq Qarabağa uyğun gəlmir. Həmçinin Tatarıstan Rusiyanın tərkibində ayrılacağını bəyan etməmişdi və Tatarıstanda etnik təmizləmə siyasəti də aparılmamışdı. Amma Tatarıstan modelinin inkarı o demək deyil ki, Dağlıq Qarabağa müstəqillik vermək lazımdır". Bu zaman Markedonov Mollazadənin Rusiyanın Çeçenistana qarşı niyə müharibə aparması haqda atmacasına cavab verməyib. Sonra Markedonov bildirib ki, o, Azərbaycanı qınamayıb, yalnız Bakı və Qarabağ arasında danışıqlar olmadığına diqqət çəkib. Yeni müharibənin nə qədər real olması haqda suala cavabda Skakov bildirib ki, yalnız bütün regionda genişmiqyaslı müharibə mümkündür, həm də Cənubi Qafqazın hüdudlarından kənara çıxan regionda. Amma hələlik belə perspektiv yoxdur. Başqa hallarda isə dünya ictimaiyyəti tərəflərdən heç birinə müharibəyə başlamağa imkan verməz. Münaqişənin həllinin təxmini müddətinə gəldikdə isə, Markedonov qeyd edib ki, bunun üçün ilk öncə iki ölkə cəmiyyətinin sosial sifarişi lazımdır, bu isə hələlik müşahidə olunmur. İsgəndaryan həmçinin bildirib ki, problemin nə qısa, nə də orta müddətdə həllini görmür. Bu zaman o, Kəşmir, Kipr, Tayvanda münaqişələrin həll olunmaması misallarına istinad edib. Lakin politoloq Fikrət Sadıxov Qarabağ münaqişəsinin başqa münaqişələrlə, məsələn, Tayvan və Çin arasında münaqişə ilə müqayisəsinin yersiz olduğunu bildirib, onun arxasında hansı qüvvələrin durduğuna işarə edib. Sadıxov bildirib ki, münaqişənin həlli üçün şərtlər 7 rayonun azad edilməsi, qaçqınların qaytarılması və DQ-nin statusu üzrə müzakirələrin başlamasıdır. Xaqani express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar