SON XƏBƏRLƏR

Behnam Nurməhəmmədiyə vəkili ilə görüşməsi və telefon əlaqəsi saxlamasına icazə verilmir

2021.10.20, 07:36
Behnam Nurməhəmmədiyə vəkili ilə görüşməsi və telefon əlaqəsi saxlamasına icazə verilmir

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, azərbaycanlı milli-mədəni fəal Behnam Nurməhəmmədi martın 14-də təhlükəsizlik qüvvələri tərəfindən iş yerində yaxalanaraq Tehranın Evin zindanına aparılıb, o hələ də qeyri-müəyyən vəziyyətdə saxlanılır.

 

Behnam Nurməhəmmədinin saxlanılmasından 10 gün keçməsinə baxmayaraq təhlükəsizlik qüvvələri naməlum səbəbdən onun azadlığa buraxılmasına mane olur.

 

Məlumata görə, fəalın vəkili və ailəsinin bütün cəhdlərinə baxmayaraq ona telefon əlaqəsi saxlamaq, həmçinin vəkili və yaxınları ilə görüşməsi üçün icazə verilmir. Bu, İran Cinayət Məcəlləsinin 3, 5 və 6-cı maddələrinə təmami ilə ziddir.

 

İran rejimi siyasi fəaliyyətlərdə ittiham etdiyi fəallar haqda hətta öz qanunlarına belə əməl etmir. Bunu azərbaycanlı milli-mədəni fəallara münasibətdə hər zaman görmək mümkündür.

 

B.Nurməhəmmədi Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb. Əslən Şəbistərin Nadarlı kəndindən olan azərbaycanlı fəal hal-hazırda Tehranda yaşayır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar