SON XƏBƏRLƏR

“Bələdiyyə-Rah ahən” müsabiqəsinin son nəticəsi...

2021.10.20, 07:36
“Bələdiyyə-Rah ahən” müsabiqəsinin son nəticəsi...

Gunaz.tv

GünAzTv: Bu gün Təbrizin Səhənd stadyomunda (stadion) Rey şəhərinin “Rah ahən” futbol komandası ilə Təbrizin “Bələdiyyə (Şəhrdari)” taxımları arasında keçirilən müsabiqə “Rah ahən” taxımının qələbəsi ilə başa çatdı.

 

Oktyabr ayının 14-ü (Mehrin 22-i) İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 11-ci həftəsində keçirilən müsanbiqənin birinci hissəsində ilk olaraq “Rah ahən” rəqib komandanın qapısına 2 qol vurmağa nail oldu. Birinci hissənin son dəqiqələrində isə Təbrizin “Bələdiyyə” komandası 1 qol vuraraq oyunun hesabındakı fasiləni azaltmağa müvəffəq oldu.

 

İkinci hissədə isə “Rah ahən” komandası tərəfindən qarşı taxımın qapısına daha 1 qol vuruldu. Bununlada müsabiqə (3 – 1) nəticəsi ilə “Rah ahən”-nin xeyirinə yekunlaşdı.

 

Qeyd edək ki, T’brizin “Bələdiyyə” komandası İran Futbol Federasiyasının inzibati komitəsinin ədalətsiz qərarı nəticəsində tamaşaçısız müsabiqə nümayiş etdirməli oldu. Bu müsabiqədə ancaq klubun1500 nəfər üzvünün stadyoma (stadion) girişi üçün bilet nəzərdə tutulmuşdu.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar