SON XƏBƏRLƏR

Bəzz yürüşünə hazırlıq gedir

2021.10.20, 07:36
Bəzz yürüşünə hazırlıq gedir

Gunaz.tv
Bəzz yürüşünə hazırlıq gedir Güney Azərbaycan Milli Hərəkatı Bəzz qalasına yürüşə hazırlaşır. Güneydəki mənbələrdən "OLAYLAR"a daxil olan məlumata görə, Milli Hərəkat bu il aksiyanı fərqli keçirmək niyyətindədir. Qeyd edək ki, Bəzz yürüşü Azərbaycanın xalq qəhrəmanı Babəkin doğum günündə - iyulun birinci ongünlüyündə keçirilir. Builki yürüşə Güney Azərbaycanın bütün şəhərlərindən hərəkat fəallarının qatılacağı gözlənilir. olaylar ----------------------------------------------------------------------------- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub Ermənistan silahlı qüvvələri iyunun 12-də saat 12-dən başlayaraq gecə saatlarına qədər fasilələrlə Ermənistanın Berd rayonunun Çinari kəndi və Krasnoselsk rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun adsız yüksəklikləri və Tovuz rayonunun Koxa Kəbi kəndində yerləşən mövqelərini, həmçinin Xocavəndin Kuropatkino, Ağdamın Yusifcanlı, Tərtərin Çiləbürt və Göyarx kəndləri, eləcə də Füzulinin adsız yüksəkliklərində yerləşən mövqelərindən Ordumuzun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyninin mətbuat xidmətindən verilən məlumata görə, bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub, itki yoxdur. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar