SON XƏBƏRLƏR

Biləsuvar Şəhər Şurasının 4 üzvü saxlanılıb

2021.10.20, 07:36
Biləsuvar Şəhər Şurasının 4 üzvü saxlanılıb

Gunaz.tv

GünAz TV: Ərdəbil Əyalətində yerləşən Biləsuvarda Şəhər Şurasının 5 üzvündən 4-ü saxlanılıb.

 

Ərdəbil prokuroru Nasir Ətəbati mətbuata verdiyi açıqlamada xəbəri təsdiqləyərək Şura üzvlərinin iyunun 10-da saxlandığını bildirib.

 

“Onlar rüşvət aldıqlarına və maliyyə pozuntularına yol verdikləri üçün tutulub. Bu şəxslər barəsində müvəqqəti saxlanma qərarı verilib. Dosyelər araşdırılır, məsələ böyük əhəmiyyət kəsb etdiyi üçün bu barədə şəhər prokuroruna xüsusi göstəriş verilib.”- deyə prokurpr bildirib.

 

Nasir Ətəbati

 

Saxlanılan Şura üzvlərinin kimliyi barədə heç bir məlumat verməyən Nasir Ətəbati onlarla qanun çərçivəsində rəftar olunacağını vurğulayıb.

 

Bu arada bildirilir ki, Biləsuvar Şurası ötən günlərdə şəhər üçün yeni bələdiyyə başçısı təyin edib.

 

Qeyd edək ki, İranda bələdiyyə başçısı Şəhər Şurası tərəfindən təyin olunur, bu iki orqan bir-biri ilə əlaqədar şəkildə fəaliyyət göstərir. Həmin orqanlarda yeyinti və rüşvətxorluq faktlarına Güney Azərbaycanın Təbriz, Marağa, Mərənd, Parsabad və Həmədan şəhərlərində də rast gəlinib.

“Beynəlxalq Şəffaflıq” Təşkilatının 2018-ci ildə açıqladığı hesabata əsasən İran dünya üzrə korrupsiya səviyyəsinin ən yüksək olduğu dövlətlər sırasındadır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar