SON XƏBƏRLƏR

Bir ananın iki oğlu – Azərbaycan-Türkiyə . Bəxtiyar VAHABZADƏ

2021.10.20, 07:36
Bir ananın iki oğlu – Azərbaycan-Türkiyə . Bəxtiyar VAHABZADƏ

Gunaz.tv
Əziz soydaşlar! Son vaxtlar qardaş Türkiyə ilə Azərbaycan arasında yaşanan gərginlik, Sürixdə imzalanan protokolların ardınca Bursa stadionuna Azərbaycan bayrağının buraxılmaması və bayrağımıza göstərilən sayğısızlıq, Bakıdakı Türk Şəhidliyindən Türkiyə bayraqlarının götürülməsi hər iki ölkədə dərin üzüntü yaradıb. Bəzi qara qüvvələrsə bu durumu gərginləşdirməyə çalışır. İndi hər birimizin borcu təxribatların icraçısı olmamaqdır. Türk dünyasının ünlü şairi, rəhmətlik Bəxtiyar Vahabzadənin yazdığı nigaran şeirlər bu günümüzlə necə də səsləşir. Azərbaycan-Türkiyə Bəxtiyar VAHABZADƏ Bir ananın iki oğlu, Bir amalın iki qolu. O da ulu, bu da ulu Azərbaycan-Türkiyə. Dinimiz bir, dilimiz bir, Ayımız bir, ilimiz bir, Eşqimiz bir, yolumuz bir, Azərbaycan-Türkiyə. Bir millətik, iki dövlət, Eyni arzu, eyni niyyət. Hər ikisi cümhuriyyət, Azərbaycan-Türkiyə. Birdir bizim hər halımız - Sevincimiz-məlalımız. Bayraqlarda hilalımız, Azərbaycan-Türkiyə. Ana yurdda yuva qurdum, Ata yurda könül verdim. Ana yurdum, ata yurdum Azərbaycan-Türkiyə.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar