SON XƏBƏRLƏR

Bir gündə İranda 8 nəfər edam olunub

2021.10.20, 07:36
Bir gündə İranda 8 nəfər edam olunub

Gunaz.tv
Bir gündə İranda 8 nəfər edam olunub Beynəlxalaq təşkilatların təzyiqlərindən sonra İran Məhkəmə Sistemi yetkinlik yaşına çatmamışdan əvvəl həbs edilərək edama məhkum edilən 3 nəfərin edamının təxirə salınması barədə qərar verib. Qərar 15-16 yaşlarında münaqişə zəminində qətl törətmiş Məhəmməd Fədai, Behnud Şücayi və Səid Cezziyə şamil edilib. Hər 3 müttəhimə edam qərarı icra olunana qədər qətlə yetirilənlərin ailələrindən əfv diləmək imkanı veriləcək. Əgər öldürülənlərin ailələri yeniyetmələri bağışlasalar, edam hökmü dəyişdirilə bilər. Lakin "Evin" həbsxanasından fərqli olaraq Sənəndəc şəhərinin həbsxanasında saxlanılan 17 yaşlı Məhəmməd Həsənzadə dar ağacından asılıb. Edam hökmünün icrası üçün tələb edilən 18 yaş senzi gözlənilməyib. Ümumilikdə isə bir gündə İran həbsxanalarında 8 nəfərin edam olunduğu bildirilir. ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar