SON XƏBƏRLƏR

Bir qrup azərbaycanlı fəal Təbrizin Eynalı yüksəkliklərinə toplaşaraq milli rəqs nümayiş etdiriblər – VİDEO / GÖRÜNTÜ

2021.10.20, 07:36
Bir qrup azərbaycanlı fəal Təbrizin Eynalı yüksəkliklərinə toplaşaraq milli rəqs nümayiş etdiriblər – VİDEO / GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Azərbaycan Milli Hərəkatının bir qrup fəalı Təbrizin Eynalı yüksəkliklərinə toplaşaraq Azərbaycan musiqisi ilə milli rəqs nümayiş etdiriblər.

 

Azərbaycanın mədəniyyət və kimliyinə dəyər vermək məqsədi ilə keçirilən yığıncağa Təbriz və ətraf şəhərlərdən çox sayda milli-mədəni fəal və ətraf mühit tərəfdarı qatılıb.

 

Yığıncaq cümə günü, mayın 11-də baş tutub.

 

Mərasimə qatılan Mili Hərəkat fəallarından biri bu barədə GünAz TV-yə bildirib ki, “bu ictimai-mədəni bir yığıncaqdır, əsasən Azərbaycan kimliyinə dəyər vermək məqsədi ilə keçirilib, onun heç bir siyasi yönü yoxdur.”

 

Fəalların bəziləri ailə üzvləri ilə mərasimə qatılıb, onlar  “Qarabağ, ay Qarabağ” və “Yaşa Yaşa Azərbaycan” şeirlərini oxuyublar.

 

Mərasimə qatılanların bəziləri Azərbaycan musiqisi nümayiş etdirib.

 

Məlumata görə, fəallar bundan sonra hər həftə cümə günü, Təbriz vaxtı ilə saat 8:00-da Eynalı yüksəkliklərinə toplaşmağa qərar veriblər.

 

Video:

https://www.youtube.com/watch?time_continue=15&v=gr3oYGBnVfk

 

https://www.youtube.com/watch?v=FbnraCRywsU

 

https://www.youtube.com/watch?v=sHpiZ6HWjWc

 

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar