SON XƏBƏRLƏR

Bir qrup azərbaycanlı fəal yenicə həbsdən çıxmış Musa Sudinin görüşünə gedib

2021.10.20, 07:36
Bir qrup azərbaycanlı fəal yenicə həbsdən çıxmış Musa Sudinin görüşünə gedib

Gunaz.tv

GünAz TV: Bir qrup azərbaycanlı fəal Təbrizin Mərkəzi Zindanından yenicə azadlığa buraxılmış Musa Sudinin görüşünə gedib.

 

Görüş iyunun 6-da milli-mədəni fəalın evində baş tutub.

 

Fəallar M.Sudinin azadlığa buraxılmasını təbrik edib, Güney Azərbaycanda gedən ictimai-siyasi proseslər haqda söhbət aparıblar.

 

M.Sudi ədalətsizcəsinə məhkum edildiyi 7 aylıq həbs cəzasını çəkdikdən sonra iyunun 4-də həbsxanadan sərbəst buraxılıb.

 

2017-ci il dekabrın 16-da həbs edilən M.Sudi Təbrizin “Traxtur” futbol komandası ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əlcəzirə” komandası arasında keçirilən görüşdə saxlanılıb, o “sistemin əleyhinə təbliğ” kimi qondarma ittihamla üzləşərək məhkəmə tərəfindən  həbs cəzasına məhkum edilmişdir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar