SON XƏBƏRLƏR

Bitərəf Dövlətlər Hərəkatına üzv ölkələrin XİN başçılarının iclası Tehranda keçiriləcək

2021.10.20, 07:36
Bitərəf Dövlətlər Hərəkatına üzv ölkələrin XİN başçılarının iclası Tehranda keçiriləcək

Gunaz.tv
Bitərəf Dövlətlər Hərəkatına üzv ölkələrin XİN başçılarının iclası Tehranda keçiriləcək «Bitərəf Dövlətlər Hərəkatı»na (Non-Aligned Movement - NAM) üzv ölkələrin XİN başçılarının3 günlük iclası iyulun 27-də Tehranda keçiriləcək. Bu barədə İranın «İribnews» xəbər saytı məlumat yayıb. İclasda dinlərə hörmətsizliyin qarşısının alınması, Qərb mədəniyyəti ilə mübarizə, Bitərəf Dövlətlər Hərəkatına üzv ölkələrin müxtəlif beynəlxalq təşkilatlarda, xüsusilə BMT-nin Təhlükəsizlik Şurasında namizədliyi, terrorizm və qaçaqmalçılıqla mübarizə kimi məsələlər müzakirə olunacaq. Bitərəf Dövlətlər Hərəkatı formal olaraq heç bir blok aid olmadığını elan etmiş 118 dövlətin daxil olduğu beynəlxalq təşkilatdır. Onun yaradılması ideyası 1955 – ci ildə Bandong konfransında irəli sürülüb və 1961-ci ildə Fidel Kastro və Marşal Titonun himayəsi ilə Yuqoslaviyada keçirilən konfransda «Bitərəf Dövlətlər Hərəkatı» yarandığını elan edib. Bitərəf Dövlətlər Hərəkatına üzv ölkələrin başçıları səviyyəsində 14 sammit keçirib. Bu hərəkatın üzvü olan 53 ölkə Afrika, 38 ölkə Asiya qitəsindəndir. BDH-in üzvlərindən 26 ölkə Latın Amerikası və 1-i Avropadandır

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar