SON XƏBƏRLƏR

BMT Baş Məclisinin 3-cü komitəsində İranda insan hüquqlarının pozulmasına etiraz bildirən qətnamə qəbul edilib

2021.10.20, 07:36
BMT Baş Məclisinin 3-cü komitəsində İranda insan hüquqlarının pozulmasına etiraz bildirən qətnamə qəbul edilib

Gunaz.tv

GünAzTV: Noyabrın 15-də BMT Baş Məclisinin 3-cü komitəsində İranda insan hüquqlarının kobud şəkildə pozulmasına etiraz bildirən qətnamə qəbul edilib.

 

Kanadanın təklifi ilə hazırlanan qətnamə səsə qoyulub. 85 nəfər qətnamənin lehinə, 30 nəfər əleyhinə səs verib, 68 nəfər isə bitərəf qalıb. Bununla da qətnamə səs çoxluğu ilə qəbul edilib. Qətnamənin dekabr ayında Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının ümumi iclasında yenidən səsə qoyulacağı gözlənilir.

 

Qətnamədə, BMT-nin İranda insan hüquqları üzrə xüsusi namayəndəsi Cavid Rəhmanın, eləcə də BMT baş katibi Antonio Quterreşin İranda insan hüquqları ilə bağlı vəziyyətin çox acınacaqlı olması ilə bağlı hesabatlarına toxunulur. Bildirilir ki, ötən ildə, İranda insan hüquqları ilə bağlı vəziyyət daha pisləşərək, dinc etirazçılara, jurnalistlərə və sosial şəbəkə fəallarına qarşı sistematik repressiyalar daha genişlənərək kəskin hal alıb.

 

Qətnamədə həmçinin bildirilir ki, İranda yaşı 18-ə çatmamış yeniyetmələrin edamı davam edir, kütləvi özbaşına həbslər həyata keçirilir, məhbuslara dindirilirkən işgəncələr verilir, barələrində ədalətsiz məhkəmələr keçirilir, söz və ifadə azadlığı gündən-günə məhdudlaşdırılaraq sıxışdırılır. Qətnamədə həmçinin, ölkədə qadın fəallarına, eləcə də dini və etnik azlıqlara qarşı repressiyalar və onlara göstərilən təzyiqlər pislənilir.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar