GünAz TV: Cenevrədə Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasının 41-ci toplantısında iştirak edən Ərk-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin nümayəndəsi Jalə Təbrizi güney azərbaycalı siyasi məhbuslara dəstək aksiyası keçirib.
İyunun 27-də keçirilən toplantı zamanı güney azərbayanlı fəallarının adları olan siyahı BMT-yə və BMT-nin İran üzrə xüsusi məruzəçisinə təqdim edilib və 3 gün müddətində güney azərbaycanlı fəallara dəstək aksiyası keçirilib.
Jalə Təbrizi Cavid Rəhman kimi BMT-nin bir çox rəsmiləri ilə Güney Azərbaycanda mövcud vəziyyət və insan hüquqlarının pozulması məsələləri ətrafında görüşlər keçirib.
O, toplantıda həmçinin İranda Güney Azərbaycanlı türklərə qarşı aparılan ayrı-seçkilik siyasəti barədə də geniş çıxış edib.
Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasının 41-ci toplantısı iyunun 24-də Cenevrədə öz işinə başlayıb və 12 iyula qədər davam edəcək.
Birləşmiş Millətlər Təşkilatında güney azərbaycanlı fəallar üçün keçirilmiş dəstək aksiyasından fotolar:
Ə.A