SON XƏBƏRLƏR

Britaniya rəsmisi: “İraq özünü İranın iqtisadi nüfuzundan qurtarmalıdır”

2021.10.20, 07:36
Britaniya rəsmisi: “İraq özünü İranın iqtisadi nüfuzundan qurtarmalıdır”

Gunaz.tv

GünAzTV: Böyük Britaniyanın xarici işlər nazirinin Orta Şərq üzrə müavini Alister Bert yanvarın 27-də “Röyters” agentliyinə açıqlamasında İran İslam Respublikasının İraqdakı iqtisadi nüfuzundan və rəsmi Bağdadın Tehranın bu nüfuzunun qarşısını almasının vacibliyindən danışıb.

 

Bert bildirib ki, İraq hökuməti iqtisadi və enerji baxımdan İrana asılılığına son qoymalıdır: “İraq özünü İranın iqtisadi nüfuzundan qurtarmalı, enerji baxımdan özünü təmin edərək öz ayaqları üstündə durmalıdır. Hesab edirik ki, İraq öz xarici siyasət və əlaqələrini, eləcə də gələcəyini özü təyin etməli, güclü iqtisadiyyatı olmalı və İrandan asılı olmamalıdır. Bu isə çox mühüm bir məsələdir”.

 

“Röyters”in yazdığına görə, İraqı İrandan qaz idxalını dayandırmağa təşviq edən Amerika hökuməti, İrana qarşı yeni sanksiyalar tətbiq etməklə, Tehranın regiona nüfuzunun qarşısını almağa çalışır.

 

Bildirilir ki, Amerika hökuməti İrandan qaz idxalını dayandırmaq üçün rəsmi Bağdada martın sonuna qədər vaxt versə də, İraq rəsmiləri İran qazından asılılığın aradan qaldırılması üçün ən azı 2 il vaxta ehtiyacı olduqlarını bildiriblər.  

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar