SON XƏBƏRLƏR

Təbrizdə partlayış baş verib

2021.12.30, 09:55
Təbrizdə partlayış baş verib

Gunaz.tv

Bu barədə Şərqi Azərbaycan əyalətinin Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniyan açıqlama verib.

Onun bildirdiyinə görə partlayış nəticəsində bir nəfər həyatını itirib, bir nəfər isə yaralanıb.

Vəhid Şadiniyan xəstəxanaya yerləşdirilən 30 yaşlı təbrizlinin durumunun ağır olduğunu, süni tənəffüs aparatına qoşulduğunu deyib.
O, hadisənin səbəbinin araşdırıldığını qeyd edib.

Qeyd edək ki, son bir həftə ərzində bu Təbrizdə baş verən üçüncü partlayış hadisəsidir.

Bundan öncə yaşayış binalarında baş verən partlayış nəticəsində 5 nəfər ölüb, 17 nəfər yaralanıb. 

C.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar