SON XƏBƏRLƏR

Təbrizdə polisin özbaşınalığı etiraz doğurdu: Səyyar satıcılar aksiya keçirib-VİDEO

2022.02.14, 06:52
Təbrizdə polisin özbaşınalığı etiraz doğurdu: Səyyar satıcılar aksiya keçirib-VİDEO

Gunaz.tv

Dolanışığın çətin oldğunu, bir tikə çörəkdən ötrü min əzaba qatlaşdıqlarını vurğulayan satıcılar belə bir dönəmdə hökumət məmurlarının onların çalışmasına imkan vermədiyini bildirblər.

Onların sözlərinə görə, dəfələrlə müraciət etmələrinə baxmayaraq satıcılıq fəaliyyəti üçün onlara şərait yaradılmır. 

Bir neçə gün gün bundan öncə polis və bələdiyyə məmurlarının əlil satıcını döyərək təhqir etməsi səyyar satıcılarla yanaşı əhali arasında da etirazlarla qarşılanmışdı.

Qeyd edək ki, bu son aylar Təbrizin səyyar satıcılarının keçirdiyi sayca 5-ci etiraz aksiyasıdır.

Son həftələr Təbrizin bir neçə bölgəsində oxşar hadisələr baş verib və bununla bağlı səyyar satıcılar etiraz aksiyası keçiriblər.

Bələdiyyənin mühafizə bölməsinin qarşısına toplaşan etirazçılar “Səyyar satıcılıq cinayət deyil” kimi şüarlar səsləndirib, plakatlar açıblar.

Bələdiyyə səyyar satıcılara fəaliyyət üçün xüsusi yerlər ayırmaq barədə tədbirlər görmək planının olduğunu desədə, bu günə kimi bu gerçəkləşməyib.
Xüsusilə bir neçə ildir ki, belə halların baş verməsi adi hal alıb.

Yoxsulluq və işsizliyin artması nəticəsində səyyar satıcılıq edənlərin sayı kəskin artıb.  

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar