Hökumətin laqeydliyi üzündən Təbrizdə tarixi “Bağırxanın evi" yox olmaq üzrədir

26.11.2021, 13:50

Təbrizin Maralan məhəlləsində yerləşən və Məşrutə hərəkatının qəhrəmanlarından biri, Səttarxanın silahdaşı və "Salari Milli" ləqəbi ilə tanınan Bağırxanın evi yox olmaq üzrədir

Gunaz.tv Quote | Gunaz article

Məsələ ilə bağlı məsuliyyət daşıyan Mədəni İrs, Turizm və Əl İşləri Təşkilatı ilə Təbriz bələdiyyəsi məsuliyyəti bir-birlərinin üzərinə atır.

Şərqi Azərbaycan əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri Təşkilatının başçısı Əhməd Həmzəzadə binanln 2020-ci ildə milli əsərlər siyahısına salındığını, lakin tikilinin bərpası və qorunması üçün vəsait ayrılmadığını bildirib.

Onun sözlərinə görə, tarixi ev işbazlar tərəfindən talanıb, dirəkləri, kərpicləri və qapı-pəncərəsi sökülərək aparılıb.

“Bağırxanın evinin bu duruma düşməsinə göz yummaq insafsızlıqdır. Bir sıra məsullar hələ də özlərini görməzliyə vurublar.

Bu ev əgər İsfahan, Şiraz və ya Tehranda olsaydı ona qarşı belə laqeyd yanaşıla bilərdilərmi?”-deyə, “Bağırxanın evi"nin vərəsələrindən biri olan Mehrdad Əlizadə Behdaşt Azərbaycan abidələri və şəxsiyyətlərinə ögey münasibəti tənqid edib.

"Tehran, Şiraz və İsfahan şəhərlərində heç bir tarixi dəyəri olmayan və tikinti tarixi 50 ildən o yana keçməyən evlərin qorunması üçün külli məbləğdə vəsait ayrıldığı halda Qacarlar dönəminin memarlıq abidələrindən sayılan “Bağırxanın evi"  qarşı belə münasibəti qəbuledilməzdir"-deyə, o, bildirib.

Mehrdad Əlizadə Behdaşt mediaya verdiyi açıqlamada bildirib ki, bir sıra şəxslər tarixi evin içində qazıntılar aparıb, orada xəzinə axtarışı ilə məşğul olub və tikilinin dahada çox dağılmasına səbəb olublar. 

Vərəsə hətta evin tikintisində istifadə olunan materialların sökülüb aparıldığını, hazırda tarixi abidənin narkomanların toplaşdığı yerə çevrildiyini və ətraf bölgələrin tullantılarının bura boşaldıldığını söyləyib.

Məsələ ilə bağlı açıqlama verən Təbriz bələdiyyəsinin başçısı Abbas Rəncbər problemin həllinin yalnız onların səlahiyyətində olmadığını deyib. Onun fikrincə,  evin hüquqi və vərəsə problemləri var. 

Qeyd edək ki, bundan öncə “Bağır xanın evi"nin durumu ilə məsələ qaldırılsa da hər hansı addım atılmayıb. 

Əlaqədar məsul və idarələrin laqeydliyi nıticəsində evin çox hissəsi dağıdılıb, dəfələrlə yandırılan ev artıq xarabalığa çevrilib.

C.E

 

خانه منتسب به باقرخان تبریز - ثبت ملی خانه باقر خان - پایگاه خبری صدای  تبریز | آخرین اخبار تبریز و آذربایجان شرقی | پایگاه خبری صدای تبریز | آخرین  اخبار تبریز و آذربایجان شرقی

خانه‌ای مخروبه منسوب به باقرخان! - اسکان نيوز

خانه باقرخان (سالار ملی) | TabrizTrip | تبریزتریپ

خانه باقرخان (سالار ملی) | TabrizTrip | تبریزتریپ

آقای وزیر، اینجا خانه تاریخی سالار ملی ایران، باقرخان است! | شعار سال

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Həmədanda 700 etirazçı həbs edilib

2022-10-07

gun az article

Güneyli milli fəal Yusif Kari Ərdəbildə saxlanılıb

2022-10-06

gun az article

Ərdəbilli milli fəal Firuz Moini saxlanılıb

2022-10-06

gun az article

“Görüş”də müzakirə: “Güney Azərbaycanda təşkilatlanmanın önəmi”-VİDEO

2022-10-06

gun az article

"Azadlıq, Ədalət, Milli hökumət"- Ərdəbilin Balıqlı çay körpüsü üzərində plakat asılıb

2022-10-06

gun az article

Azərbaycanın Tehrandakı səfiri Xoy zəlzələsi ilə bağlı paylaşım edib

2022-10-06

gun az article

Sulduzda həbs edilən fəallardan xəbər yoxdur

2022-10-06

gun az article

Güney Azərbaycanda qadın yazarlar repressiya və senzura siyasətinə etiraz edir

2022-10-06

gun az article

Təbrizli kinorejissor Məhəmməd Siyaməkniya müvəqqəti sərbəst buraxılıb

2022-10-06

gun az article

Həbsdə olan təbrizli fəal Mehdi Həmidi Şəfiq qeyri-müəyyən şəraitdə saxlanılır

2022-10-06

gun az article

Ərdəbildə divarlara etiraz şüarları yazılıb

2022-10-06

gun az article

Ərdəbilli milli fəallar zindana köçürülüb

2022-10-06

gun az article

Təbrizli müəllim həbs edilib

2022-10-06

gun az article

“Görüş” verilişində müzakirə: “İranda etirazlar davam edir" və "Hədis Nəcəfi" -VİDEO

2022-10-05

gun az article

Xoyda yenidən zəlzələ baş verib: Yeraltı təkanlar Təbrizdə də hiss olunub

2022-10-05

gun az article

Ərdəbil və Təbriz Universitetlərində tətil aksiyası keçirilir

2022-10-05

gun az article

Urmuda çörək qıtlığı yaranıb

2022-10-05

gun az article

“Özümüz” proqramında müzakirə: “Etirazlar və Milli Hərəkata qarşı təxribatlar” - VİDEO

2022-10-05

gun az article

Ərdəbildə divarlara milli şüarlar yazılıb

2022-10-05

gun az article

Təbriz və Tehranda daha iki mili fəal həbs edilib

2022-10-05