Təbrizin millət vəkili: “Milli və etnik dillərin tədrisi lazımdır”

06.12.2021, 16:36

Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki nümayəndəsi və parlamentin Təhsil, Tədqiqat və Texnologiyalar Komissiyasının başçısı Əlirza Monadi yerli və etnik dillərin 7-10-cü siniflərdə tədris olunmasının lazım olduğunu deyib.

Gunaz.tv Quote | Gunaz article

“Təhsil Nazirliyi yeni təhsil ilindən hər bölgənin durumuna uyğun həftədə iki saat yerli və etnik dillərin tədrisi üçün tədbir görməlidir”-deyə, Monadi bildirib.

Onun verdiyi açıqlamadan reallaşacağı təqdirdə belə qeyri-fars dillərdə təhsilin məhdud şəkildə aparılacağı müşahidə olunur.

"Bu planın digər bəndi isə odur ki, Təhsil Nazirliyinin Elmi-Tədqiqat və Kurikulum Planlaşdırma Təşkilatı milli birliyin qorunması çərçivəsində, hər bir regiondan ekspertlərin iştirakı ilə və tematik olaraq etnik və yerli dilli ədəbiyyat üçün maarifləndirici materialamağa borcludur.

Qeyd olunan kitab və materialların əlifbası farsca olmalıdır və fars əlifbasından başqa əlifbaların istifadəsi qadağa olacaq”-deyə, millət vəkili qeyd edib.

Millət vəkili təsdiq edilmiş plana uyğun olaraq hər bir bölgənin etnik və yerli dillərinin fərqləndirilməsi üçün arayışın Fars Dili və Ədəbiyyatı Akademiyası, Tədqiqat və Kurikulum Planlaşdırma Təşkilatı tərəfindən  veriləcəyini söyləyib.

Xatırladaq edək ki, Güney Azərbaycan məktəblərində tədrisin ana dilində aparılmasının tərəfdarları noyabrın əvvəlində parlamentin təhsil komissiyasının sədri Əlirza Monadiyə məktubla müraciət ediblər. 

Ana dili hərəkatının fəalları türk dilində təhsilin asanlaşdırılması istiqamətində qanunların qəbulu üçün kampaniya başladıb.
Məktubda məsələnin tərbiyəvi və psixoloji tərəfləri qabardılır.  

Bildirilir ki, ana dili farsca olmayan uşaqların məktəbəqədər və ibtidai sinifdən fars dilində təhsil alması çox çətindir.

Məktub müəllifləri və onu imzalayanlar uşaqların psixi sağlamlığı və rahatlığı üçün ana dilində təhsil haqqında qanunun qəbul edilməsini vacib sayıb.

Qeyd olunub ki, fars dili dərsləri fars ədəbiyyatı kimi kurslarla yanaşı tədris olunmalıdır.

Bundan öncə noyabrın 17-də Əlirza Monadi İran Parlamentinin Təhsil, Tədqiqat və Texnologiya Komissiyasının iclasında ölkənin məktəb və universitetlərində yerli və etnik dillərin tədrisi ilə bağlı İran İslam Respublikası Konstitusiyasının 15-ci maddəsinin icrası üzrə ümumi planın üzvlər tərəfindən təsdiq edildiyini söyləmişdi.

Qeyd edək ki, bu günə kimi türk dilinin tədrisi ilə bağlı bir neçə dəfə məsələ qaldırılıb, kampaniyalar başladılıb və bir sıra millət vəkilləri, hökumət rəsmiləri bunun reallaşacağı barədə vədlər veriblər.

Bu sayaq vədlər daha çox seçki təbliğatı öncəsi kampaniyalar zamanı, İran-Azərbaycan münasibətlərində gərginlik yarandığı, İranda yaşayan türklərin hüquqlarının pozulması ilə bağlı tədbirlərin və etirazların genişlənməsi dönəmində səsləndirilib.

Ancaq bu günə kimi bu sahədə hər hansı bir irəliləyiş olmayıb və verilən vədlər bir müddətdən sonra unudulub.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güney Azərbaycanda idman yarışında milli şüarlar səsləndirilib-VİDEO

2023-04-01

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-04-01

gun az article

Zənganlı idmançıya təzyiq göstərilir

2023-04-01

gun az article

SEPAH Azərbaycan konsulluğu qarşısına aksiya keçirib

2023-03-31

gun az article

“I Türkçülük çalışmaları simpoziumu və türkçülüyün bugünkü durumu” və “Təbrizdən Brüsselə istiqlal mücadiləsi”   - VİDEO

2023-03-31

gun az article

"İran ermənilərin Güney Azərbaycanda törətdiyi soyqırıma dair məlumatları gizlətməyə çalışır"-Millət vəkili

2023-03-31

gun az article

Təbrizdə tarixi abidə uçub

2023-03-31

gun az article

Həmədanda taksi sürücüləri etiraz aksiyası keçiriblər

2023-03-31

gun az article

Vərziğanda Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2023-03-30

gun az article

“Görüş” proqramı: “Demokratiyaya keçidin müzakirəsi” və “Cilovluq qətliamı”-VİDEO

2023-03-30

gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27