SON XƏBƏRLƏR

Bu gün İkinci Dünya Müharibəsinin başlanmasından 67 il keçir

2021.10.20, 07:36
Bu gün İkinci Dünya Müharibəsinin başlanmasından 67 il keçir

Gunaz.tv
Bu gün İkinci Dünya Müharibəsinin başlamasından 67 il keçir. 1941-ci il iyunun 22-də, saat 4-də 3-cü Reyxin təyyarələri və quru qoşunları «Barbarossa» planına uyğun olaraq Sovet İttifaqının qərb sərhədlərini pozdular. Nə qədər qəribə olsa da, bu hücum əslində faşist Almaniyasının məğlubiyyətinin başlanğıcı oldu. Sovet İttifaqının tezliklə məğlub olacağını proqnozlaşdıran faşist strateqləri öz hesablamalarında yanıldılar. «Qapını döymək kifayətdir ki, bütün bu çürümüş saray yerlə-yeksan olsun». Hitler SSRİ-yə hücumu bu sözlərlə başlamışdı. Amma SSRİ-nin bir yox, iki qapısı var idi. Biri - Moskva, digəri isə Bakı idi. Qışa qədər Vermaxtın qələbə qazanacağına əmin olan Hitler təcavüzdən 4 ay sonra, noyabrda SSRİ-nin ən məşhur sərkərdələrindən biri, marşal Jukovun qoşunlarının müqavimətinə tab gətirə bilmədi. Qafqazda vəziyyət daha mürəkkəb idi. Müharibə ərəfəsində 3-cü Reyx Bakının ələ keçirilməsi planını hazırladı. Hitler «Mənim mübarizəm» kitabında yazırdı: «Müsəlman monqoloidlər dağıdıcı qüvvədir. Onlar ari irqinin qullarına çevrilməlidir». Bakı həm də nefti ilə cəlbedici idi. SSRİ Ordusu yanacağın 70 faizini məhz buradan alırdı. Hitlerin planına görə, Almaniya Bakını hərbi məntəqəyə çevirməli idi. İmperiya idarəçilik xidmətinin rəhbəri Rozenberq Almaniyanın əsas hədəflərindən biri Bakı neftinin olduğunu gizlətmirdi. Lakin almanların planları reallaşmadı. Alman qoşunlarının Qafqaz istiqamətində irəliləməsinin qarşısı almaq üçün təkcə Azərbaycanda 4 nəhəng diviziya yaradıldı. Ümumilikdə, 600 min azərbaycanlı könüllü olaraq Orduya səfərbər olundu. Ordu generalı Maslennikova almanların Qafqaza keçə bilməməsi üçün xüsusi tədbirlər görmək tapşırıldı. Faşistlərin Qafqaz istiqamətində irəliləməsində 42-ci ildə yaradılmış Azərbaycan diviziyaları fgal iştirak edirdi. Elə həmin il Azərbaycanda hərbi vəziyyət elan olundu. Nefti ələ keçirmək arzusunda olan almanların təyyarələri 42-ci ildə Azərbaycan üzərində 71, 43-cü ildə isə cəmi 3 dəfə kəşfiyyat xarakterli uçuşlar edə bildilər. Bu zaman isə 96 hərbi təyyarə itirdilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar