SON XƏBƏRLƏR

Bu gün pəhləvi məmurlarının kitab yandırma faciəsindən 73 il keçir

2021.10.20, 07:36
Bu gün pəhləvi məmurlarının kitab yandırma faciəsindən 73 il keçir

Gunaz.tv

GünAz TV: Bu gün pəhləvi ordusu tərəfindən Güney Azərbaycanda həyata keçirilən kitab yandırma faciəsindən 73 il keçir.

 

1945-ci il dekabrın 12-də (1324-cü il azərin 21-də) Seyid Cəfər Pişəvərinin başçılığı ilə Təbrizdə Azərbaycan Milli Hökuməti qurulub. Bu tarixi gün Azərbaycan tarixinə “21 Azər Hərəkatı” kimi düşüb.

 

Milli hökumət qurulduqdan dəqiq bir il sonra xarici himayədarlarının köməyilə Pəhləvi rejiminin ordusu tərəfindən devrilib. Həmin vaxt onminlərlə soydaşımız öldürülüb, qaçqın olub və ya sürgünə göndərilib. Eyni zamanda fars şovinistləri bir il müddətində Azərbaycan türkcəsində çap olunmuş bütün kitabları şəhərlərin meydanlarında tonqal qalayaraq yandırıblar. 1946-cı il dekabrın 17-də (1325-ci il azərin 26-da) baş verən mədəni soyqırım el arasında “Yandırılmış Kitablar Günü” adı ilə xatırlanır.

 

Mədəni soyqırımın ildönümü günlərində Güney Azərbaycan şəhərlərində divarlara şüarlar yazılmaqla yanaşı əhali arasında bildirişlər yayılır. Bundan əlavə, azərbaycanlı milli-mədəni fəallar şəhərlərdə çox sayda türkcə kitablar paylayır və digər mədəni tədbirlər həyata keçirirlər.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar