SON XƏBƏRLƏR

Çin İrandan gələn 11 nəfərdə koronavirus aşkarlandığı barədə məlumat yayıb

2021.10.20, 07:36
Çin İrandan gələn 11 nəfərdə koronavirus aşkarlandığı barədə məlumat yayıb

Gunaz.tv

GünAz TV: Çin mediası ölkənin şimal qərbində yerləşən Qansu əyalətində 11 nəfərdə koronavirus aşkarlandığı barədə məlumat yayıb.

 

Xəbərlərə əsasən, həmin şəxslər həmin şəxslər “biznes klas” uçuşlarla İrandan Çinə gəliblər.

 

“CC TV” kanalı hazırda İrandan gələn 311 nəfərin Qansu əyalətinin mərkəzi Lanju şəhərində karantinə alındığını bildirir.

 

Bu xəbərlərə qədər sözügedən əyalətdə 91 nəfər koronavirusa yoluxmuş, onlardan isə 2-si ölmüşdü.

 

İran Səhiyyə Nazirliyi ötən günə qədər olan statistikalarda ölkədə 3 min 513 nəfərin koronavirusa yoluxduğu, 107 nəfərin isə bu xəstəlikdən öldüyünü təsdiqləyib.

 

“Reuters” xəbər agentliyi isə yaydığı məlumatda Çinin Şanxay əyalətinin səhiyyə rəsmilərinin İrandan bu bölgəyə gələn insanlara qarşı tədbirlər planı qəbul etdiyi qeyd edilir.

 

Qeyd etmək lazımdır ki, İran hökuməti Qumda iki nəfərin ölümünün ardınca fevralın 19-da həmin şəxslərin ölüm səbəbinin koronavirus olduğunu etiraf etmişdi. Rəsmi məlumatlarda virusun ölkədə yayılmasının səbəbi açıqlanmır. Bəzi mənbələrin məlumatlarına görə, virus Qumda işləyə fəhlələr və təhsil alan tələbələr vasitəsilə yayılıb. Digər mənbələr isə bildirirlər ki, virusun şəhərdə yayılmasının mənbəyi Çindən qayıdan iranlı tacir olub.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar