SON XƏBƏRLƏR

Çinin “Sinopek” şirkəti İrandan neft idxalını yarıya endirib

2021.10.20, 07:36
Çinin “Sinopek” şirkəti İrandan neft idxalını yarıya endirib

Gunaz.tv

GünAzTV: Çinin "Sinopec" neft-qaz korporasiyası İrandan neft idxalını yarıya endirib. Bu barədə “Röyters” agentliyi sentyabrın 30-da “Sinopek” şirkətinin rəsmilərinə istinadən məlumat yayıb.

 

Bildirilir ki, hazırda İranın “Yadavəran” neft yatağının genişləndirilməsi layihəsinin icrasında iştirak edən “Sinopek” şirkəti, Amerikanın Tehrana qarşı qoyduğu sanksiyalara görə, İrandan neft idxalını yarıya endirmək qərarına gəlib. Məlumatda bildirilir ki, gündə 260 min barel İrandan neft idxal edən Çin şirkəti cari ayda İrandan aldığı neftin həcmini yarıya endirib.

 

Xatırladaq ki, avqustun 6-da ABŞ prezidenti Donald Trampın imzaladığı bir sərəncamına əsasən, Amerikanın İrana qarşı sanksiyalarının 1-ci mərhələsinin icrasına başlanılıb. Sanksiyaların birinci mərhələsində, İranın qızıl və digər qiymətli metallarının satışına, avtomobil sənayesinə, gəmiçilik sığortasına, xarici banklardan İrana valyuta köçürmələrinə, İran xalçası ilə qida məhsullarının ixracına və s. qadağa qoyulub.

 

 

Vaşinqtonun İrana qarşı sanksiyalarının 2-ci və ən mühüm mərhələsinə, yəni İran neftinə sanksiyanın tətbiqinə isə noyabrın 4-dən başlanılacaq. Amerika rəsmiləri bildiriblər ki, İran neftinin ixracını sıfıra endirmək istəyirlər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar