SON XƏBƏRLƏR

CNN: “Tramp İran rəhbərlərinə onunla əlaqə saxlamaq üçün telefon nömrəsi verib”

2021.10.20, 07:36
CNN: “Tramp İran rəhbərlərinə onunla əlaqə saxlamaq üçün telefon nömrəsi verib”

Gunaz.tv

GünazTV: ABŞ prezidenti Donald Tramp İran rəhbərlərinə onunla əlaqə saxlamaq üçün telefon nömrəsi verib.

 

Bu barədə CNN telekanalı Amerikanın adının çəkilməsini istəməyən rəsmilərindən birinə istinadla mayın 10-da məlumat yayıb. Ağ Evin İrana telefon nömrəsi verməsi, Trampın İran rəhbərlərini onunla əlaqə saxlamağa çağırmasından bir gün sonraya təsadüf edib.

 

Yayılan məlumata əsasən, Ağ Ev, İran rəhbərlərinin Trampla əlaqə saxlamaq üçün telefon nömrəsini Amerikanın İrandakı mənafeyini qoruyan İsveçrə səfirliyinin ixtiyarına qoyub. Bildirilir ki, İran rəhbərliyi istədiyi təqdirdə həmin telefon nömrəsi vasitəsilə Trampla əlaqə saxlaya bilər.

 

Xatırladaq ki, Tramp mayın 9-da jurnalistlərə açıqlamasında İran rəhbərləri ilə üz-üzə oturub danışıqlar aparmağa hazır olmasından danışıb: “Mən nüvə sazişindən çıxandan sonra iranlıların iqtisadiyyatı çox ağır və bərbad günə düşüb. Eşitdiyimə görə, İranda inflyasiya səviyyəsi çox yüksəkdir. Ölkənin müxtəlif bölgələrində hər həftənin sonu etirazlar və üsyanlar baş verir. Bəzən həftənin bütün günlərində də belə etirazlar davam edir. İran rəhbərlərinin  görməli olduğu yeganə iş odur ki, mənimlə əlaqə saxlasınlar, bir-birimizlə oturub danışıqlar aparaq. Biz ədalətli bir sazişə nail ola bilərik.

 

 

Bizim istədiyimiz yalnız odur ki, onların nüvə silahı olmasın. Bu isə böyük bir tələb deyil. Biz İrana xəsarət yetirmək istəmirik. Biz onlara (İrana) yardım etmək istəyirik ki, normal duruma qayıda bilsinlər. Mənim istəyim odur ki, iranlılar güclü və əzəmətli olsunlar və onların güclü iqtisadiyyatı olsun. Hesab edirəm ki, onlar mənimlə əlaqə saxlamalıdırlar. Onlar bunu etsələr, biz onlarla danışıqlar aparmağa hazırıq”- deyə Tramp əlavə edib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar