SON XƏBƏRLƏR

Con Bolton: “İqtisadi baxımdan İran pulunun dəyəri minimuma və sıfıra endiriləcək”

2021.10.20, 07:36
Con Bolton: “İqtisadi baxımdan İran pulunun dəyəri minimuma və sıfıra endiriləcək”

Gunaz.tv

GünAzTV: Noyabrın 9-da Parisə səfər edən ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton jurnalistlərə açıqlamasında, Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyaların təsirindən və İran cəmiyyətində siyasi narazılıqların şiddətlənməsindən danışıb.

 

Bolton bildirib ki, Amerika İranın daxilində baş verən olayları, rejimə qarşı siyasi narazılıqların gündən-günə artmasını və ölkənin ağır iqtisadi durumunu hər an diqqət mərkəzində saxlayır: “Biz hər gün bu kimi halların şahidi oluruq. İqtisadi baxımdan İran pulunun dəyəri minimuma və sıfıra endiriləcək. Hazırda inflyasiyanın həcmi 4 dəfə artıb. Aydın məsələdir ki, İran iqtisadi durğunluq mərhələsinə daxil olur.

 

İrana qarşı tətbiq edilən sanksiyaların təsirinə gəlincə, demək olar ki, qoyulan sanksiyalar, İranın İraqda, Suriyada və Yəməndə apardığı militarist fəaliyyətinə təsir edib. Düzdür, bu təsir hələ ki, kifayət qədər deyil. Lakin təsirlərin başlanğıcı deməkdir. Bundan başqa, İrana qarşı daha ağır sanksiyalar tətbiq ediləcək. Məqsəd isə, İranın neft ixracatını sıfıra endirmək və onun regiondakı rəftarını dəyişməkdir”.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar