SON XƏBƏRLƏR

Con Bolton: “İsrail İranı oktyabr-yanvar arasında vuracaq”

2021.10.20, 07:36
Con Bolton: “İsrail İranı oktyabr-yanvar arasında vuracaq”

Gunaz.tv
İsrail ABŞ-dakı prezident seçkiləri ilə yeni prezidentin andiçmə mərasimi arasındakı dövrdə İranı vuracaq. Lent.az-ın “Fox” telekompaniyasına istinadən verdiyi məlumata görə, belə bir bəyanatla ABŞ-ın BMT-dəki sabiq səfiri, dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik məsələləri üzrə keçmiş müavini Con Bolton çıxış edib. ABŞ administrasiyasında “şahinlər”ə aid edilən Bolton Buş hökumətindəki mühafizəkar qanadın yüksək vəzifəli nümayəndələri ilə yaxşı əlaqələr saxlayır. Dövlət xidmətindən hələ 2006-cı ilin dekabrında gedən keçmiş müavin İsrailin ABŞ-dakı seçkilərə qədər İrana hücum edəcəyini az inandırıcı sayır. Onun fikrincə, hərbi əməliyyat üçün ən yaxşı məqam ABŞ-dakı prezident seçkiləri və yeni prezidentin inauqurasiyası arasındakı dövrə təsadüf edəcək: “İsrail seçkilərin nəticəsinə təsir etmək istəmir”. lent.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar