SON XƏBƏRLƏR

Corc Buş Almaniyada İranı müzakirə edib

2021.10.20, 07:36
Corc Buş Almaniyada İranı müzakirə edib

Gunaz.tv
Corc Buş Almaniyada İranı müzakirə edib bus_1301107.jpg ABŞ prezidenti Corc Buş Almaniyanın kansleri Angela Merkellə görüşüb. Ehtimal edilir ki, tərəflər əsas müzakirələri İranın nüvə proqramının dayandırılması məsələsi ətrafında aparıblar. Qeyd edək ki, ABŞ prezidenti Corc Buş öz prezidentliyi dövründə İranın nüvə proqamı ətrafında yaranmış vəziyyətə aydınlıq gətirmək istəyir. Onun Avropa səfərində də əsas məqsəd Avropa dövlətlərini İrana qarşı sərt sanksiyalar qəbul etməyə yönəltməkdir. ------------------------------------------------------------------------ ATƏT-in Bakı ofisi bu gün seminar keçirəcək ATƏT-in Bakı ofisi sabah Cəlilabadda regional iqtisadi inkişafa həsr olunmuş seminar keçirəcək. APA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, ATƏT-in Azərbaycanda regional iqtisadi inkişaf sahəsində apardığı fəaliyyətin tərkib hissəsi olan və ABŞ-ın da maliyyə dəstəyi göstərdiyi seminarda Lənkəran İqtisadi zonasında kənd təsərrüfatı sahəsində mövcud olan problemlər araşdırılacaq, görüləcək tədbirlər müzakirə olunacaq. Yerli hakimiyyət dairələri, maliyyə və kənd təsərrüfatı institutları nümayəndələrinin qatılacağı sessiya zamanı Lənkəran iqtisadi zonasının fermerləri kənd təsərrüfatı məhsulları istehsalı sahəsində yeniliklərlə və kənd təsərrüfatı müəssisələrində marketinq imkanları ilə tanış olacaqlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar