Mədəni fəal Məhəmməd Eyni Rəşt zindanından sərbəst buraxılıb

16.08.2022, 09:16

8 ay Gilanın Rəşt şəhərinin zindanında saxlanılan mədəni fəal Məhəmməd Eyni elektron qandalla sərbəst buraxılıb.

Gunaz.tv Quote | Gunaz article

Onun 2 il 7 ay həbs cəzasına məhkum edildiyi, yaxınları ilə məsləhətləşmələrdən sonra ilkin məhkəmənin qrarına etiraz etmədiyi üçün həbsdən buraxıldığı və həbs cəzasının qalan hissəsini elektron qandalla nəzarətdə keçirəcəyi bildirilir.

Məhəmməd Eyninin 8 ay həbsdə saxlanılmasına baxmayaraq onun ittihamları barədə dəqiq məlumat verilmir.

Qeyd edək ki, Rəşt şəhərində yaşayan azərbaycanlı milli-mədəni fəal Məhəmməd Eyni 2022-ci il yanvarın 22-də təhlükəsizlik idarəsinə çağırılıb.

Yanvarın 23-də Rəşt şəhərinin təhlükəsizlik idarəsinə gedən fəal saxlanılıb və uzun müddət ETTELAAT təcridxanasında dindirildikdən sonra mart ayının əvvəllərində Rəşt şəhərinin mərkəzi zindanına köçürülüb.

Sonra onun telefon danışığına, ailəsi ilə görüşünə icazə verilməyib və nədə ittiham olunduğu barədə hər hansı bilgi almaq mümkün olmayıb. 

Bundan öncə 2020-ci ilin oktyabr ayında Məhəmməd Eyni İbrahim Gənci və Vədud Əsədi ilə birgə Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda apardığı əməliyyatlara dəstək verdiklərinə görə saxlanılmışdı.

Onlar “ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyət” və “sistemə qarşı təbliğat” ittihamı ilə mühakimə olunmuşdu.

Ancaq 2021-ci ilin noyabr ayında Rəşt şəhərinin İnqilab Məhkəməsinin 12-ci bölməsi tərəfindən barələrində qaldırılan cinayət işinə son verilmişdi. 

Cavidan 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizdə saxlanılanlardan 40 nəfərinin kimliyi bəlli olub

2022-09-27

gun az article

ETTELAAT Urmuda milli fəalın evinə basqın edib

2022-09-27

gun az article

Təbriz Universitetində aksiya: Stomatologiya fakültəsinin öyrənciləri dərsləri boykot etdi

2022-09-27

gun az article

“Parlaq gələcək”də müzakirə: “Etirazların dəyərləndirilməsi” və “Hədis Nəcəfi”-VİDEO

2022-09-27

gun az article

Azərbaycanın "Şəhid Mədəni" Universitetinin öyrənciləri tətilə başlayıb

2022-09-27

gun az article

İran hökuməti etirazçılara qarşı məhkumlardan istifadə edir

2022-09-27

gun az article

Məlikanda həbs edilən fəallar aclığa başlayıb

2022-09-27

gun az article

Ərdəbildə saxlanılan milli fəallardan xəbər yoxdur

2022-09-27

gun az article

Təbrizdə yazılı vərəqələr yayılıb

2022-09-27

gun az article

ETTELAAT Əhərdə milli fəal Saleh Molla Abbasinin evinə basqın edib

2022-09-27

gun az article

Təbrizdə etiraz aksiyası başlayıb- Güllə və partlayış səsləri eşidilir-VİDEO

2022-09-26

gun az article

Təbriz Universitetində aksiya keçirilib-VİDEO

2022-09-26

gun az article

İran millisinin rəsmi səhifəsi türk futbolçunu izləməyi dayandırıb

2022-09-26

gun az article

"Əxlaq polisi cəmiyyəti hicablı etmədi, əksinə onu iffətsiz və əqidəsiz etdi"-Millət vəkili

2022-09-26

gun az article

Güney Azərbaycan şəhərlərində etiraz aksiyalarına çağırış edilib

2022-09-26

gun az article

Rəisi Təbrizdə etirazlara qatılanları iğtişaşçı və təxribatçı adlandırıb

2022-09-26

gun az article

Bacısı etirazlarda qətlə yetirilmiş Cavad Heydərinin məzarı başında saçlarını kəsdi-VİDEO

2022-09-26

gun az article

Futbol üzrə İran millisinin üzvü Sərdar Azmun etirazlara dəstək verdi

2022-09-26

gun az article

“Azadlıq səsi”: “Güney Azərbaycan və İranda baş verən olaylar” - VİDEO

2022-09-26

gun az article

İran parlamentinin saytı hakerlər tərəfindən dağıdıldı

2022-09-26