SON XƏBƏRLƏR

Dağlıq Qarabağ münaqişəsinin həlli müsbət istiqamətdə irəliləyir – ATƏT rəhbəri

2021.10.20, 07:36
Dağlıq Qarabağ münaqişəsinin həlli müsbət istiqamətdə irəliləyir – ATƏT rəhbəri

Gunaz.tv
Dağlıq Qarabağ münaqişəsinin həlli müsbət istiqamətdə irəliləyir – ATƏT rəhbəri _osce-1-big.jpg Qazaxıstan, Astana, 02 iyul / Trend News , müxbir K. Konırova/ ATƏT-in fəaliyyətdə olan sədri Aleksandr Stubb hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi müsbət istiqamətdə irəliləyir. «Mən ATƏT-in Mins Qrupunun təkliflərini dəstəkləyirəm və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinin müsbət istiqamətdə irəlilədiyinə ehtiyatlı şəkildə nikbin yanaşıram. Ümid edirəm ki, burada tərəqqi olacaq», - deyə çərşənbə günü Astanada təşkilat rəhbəri, Finlandiyanın xarici işlər naziri Stubb ATƏT-in Parlament Assambleyasının 17-ci sessiyasının yekunu üzrə mətbuat konfransında çıxış edərkən bildirib. ATƏT PA-nın sədri Qoran Lenmarker, öz növbəsində, ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəklədiyini bildirib. «ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsi üzrə təklifləri var. Və mən ümid edirəm ki, hər iki tərəf bunlarla razılaşacaq», - deyə ATƏT PA-nın sədri hesab edir. İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır. trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar