SON XƏBƏRLƏR

Daha bir idmançı İrandan Kanadaya mühacirət edib

2021.10.20, 07:36
Daha bir idmançı İrandan Kanadaya mühacirət edib

Gunaz.tv

GünAz TV: İranın sərbəst güləş üzrə yığmasının üzvü Nəvid Zəngənə ölkəni tərk edərək, Kanadaya mühacirət edib.

 

İranda sərbəst güləş üzrə uğurlu idmançılardan hesab edilən Nəvid Zəngənə həm də 1 dəfə dünya kubokunda bürünc medalın qalibi olub.

 

23 yaşı olan idmançının artıq 20 gündür Kanadaya getdiyi və yaxınlarda bu ölkənin təmsilçisi kimi yarışlara qatılacağı deyilir.

 

Xatırladaq ki, Nəvid Zəngənə İranda noyabr ayında benzinin qiymətinin artırılmasına qarşı keçirilmiş etiraz aksiyaları zamanı saxlanmışdı. Yayılan xəbərlərdə bildirilirdi ki, o, Tehranpars bölgəsində keçirilmiş nümayişdə polisin rezin güllələrlə açdığı atəş nəticəsində yaralanmışdı. İdmançı xəstəxanaya aparıldıqdan sonra bir neçə günlük həbs edilmişdi.

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar