SON XƏBƏRLƏR

DAK-IN BIRLIK QURULTAYI ÖZ IŞINI YEKUNLAŞDIRDI

2021.10.20, 07:36
DAK-IN BIRLIK QURULTAYI ÖZ IŞINI YEKUNLAŞDIRDI

Gunaz.tv
Belçikanın Brüssel şəhərində Husa President Park otelində DAK və DDAK-ın keçirdikləri Birlik Qurultayı 22 iyun 2008-ci il tarixində öz işini yekunlaşdırdı. Qurultayın proqramına uyğun olaraq gündəlikdə duran mövzular üzrə məruzələrin dinlənilməsi və çıxışlar başa çatdıqdan sonra DAK-ın Nizamnaməsinə əlavə və dəyişikliklər təsdiqləndi. Tərkibi aşağıda qeyd olunan 21 sayda yeni Idarə Heyəti və 5 sayda olan NTK üzvləri Qurultay nümayəndələri tərəfindən seçildi. İH – üzvləri 1. Prof.dr. Qulamrza Səbri Təbrizi (Böyük Britaniya) 2. Dr. Məhəmmədrza Xişti (ABŞ) 3. Əhməd Obalı (ABŞ) 4. Asif Qurbanov (Türkiyə) 5. Dr. Xəqani Qayıblı (Estoniya) 6. Prof. dr. Tofik Məlikli (Rusiya) 7. Ramiz Abutalıbov (Rusiya) 8. Məzahir Zəngəzurlu (Rusiya) 9. Dr.Həmdulla Suleymani (Almaniya) 10. Teymur Eminbəyli (Isveç) 11. Emil Mirzəyev (Isveç) 12. Yaqub Guneyli (Hollandiya) 13. Isa Sadiqli (Norveç) 14. Araz Nəsimi (Isveçrə) 15. Ulviyyə Abasova (Belçika) 16. Paşa Qəlbinur (Azərbaycan) 17. Vaqif Sultanlı (Azərbaycan) 18. Eliza Ismayılova (Azərbaycan) 19. Mərdan Qəniyev (Azərbaycan) 20. Əmir Pəhlivan (Azərbaycan) 21 Nasir Məlikli (Hollandiya) NTK- üzvləri 1. Mehriban Nəsibova (Azərbaycan) 2. Muxrəddin Isali (Isveç) 3. Araz Muğanlı (Hollandiya) 4. Əli Məhəmmədi (Almaniya) 5. Ayhan Dəmirçi (Belçika) Daha sonra Idarə heyəti üzvləri sıralarından Dr. Məhəmmədrza Xişti və Prof. dr. Paşa Qəlbinur yekdilliklə DAK-ın Həmsədirləri seçildilər. Qurultay nümayəndələri tərəfindən prof. dr. Qulamrza Səbri Təbrizi diaspor fəaliyyəti və xidmətlərinə görə yüksək qiymətləndirilərək DAK-ın Fəxri Sədri seçildi. Qurultay axşam saat 19:00-da başa çatdı. Nəzərinizə çatdıraq ki, 23 iyun 2008-ci il tarixdə DAK Idarə Heyəti Avropa Parlamentinin İqamətgahında “Güney Azərbaycanda insan haqları” mövzusunda seminar keçirib. Seminarda Avropa Parlamentarları və Beynəlxalq Əfv, BMT-nin insan haqları alt komissiyasının nümayəndələri iştirak ediblər. 09:19 / 24.06.2008

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar