SON XƏBƏRLƏR

DAK-ın qurultayı Brüsseldə olacaq

2021.10.20, 07:36
DAK-ın qurultayı Brüsseldə olacaq

Gunaz.tv
«DAK-ın qurultayı Brüsseldə olacaq» Qulamrza Təbrizli: «Sabir Rüstəmxanlı DAK-a sədr olmaq istəyirdisə, qurultaya gələrdi və sədr də seçilərdi» Firidun Pərvizniya: «Mən bu qurumun legitim olduğunu bilərək qurultayda iştirak etdim. Təşkilata acıq etmək, küsmək, olmaz» «Mən və ətrafımdakılar iyunun 6-8-də Almaniyanın Köln şəhərində keçirilən qurultayı legitim saymırıq. Çünki DAK-ın 17 nəfərlik İdarə Heyətindən cəmi 5 nəfər orada iştirak edib». Bunu digər DAK-a rəhbərlik edən professor Qulamrza Səbri Təbrizi «Media forum» saytına açıqlamasında bildirib. O xatırladıb ki, iyunun 21-23-də Belçikanın Brüssel şəhərində qurumun 10-cu qurultayı - birlik qurultayı keçiriləcək və hazırlıq işləri davam edir: «Əsil DAK Brüsseldə olacaq və bu, birlik qurultayıdır. DAK və Demokratik Dünya Azərbaycanlıları Konqresi birləşir. Bu, böyük hadisədir». Q.Təbrizi bildirib ki, İdarə Heyətinin üzvləri olan Cavad Derəxti, Məmməd Azəri də birlik qurultayına gəlmək fikrindədirlər: «İdarə Heyətinin başqa üzvləri də bizimlə bir yerdədirlər. Vaqif Sultanlı, Paşa Qəlbinur, Eldar Qaradağlı, Tofiq Məlikov və digərlərinin adlarını çəkə bilərəm. Mən real adamam, kimlər ki qurultayda bizimlə birlikdə olacaq, onların adlarını çəkəcəm». Q.Təbrizi bildirib ki, əgər S.Rüstəmxanlı DAK-a sədr olmaq istəyirdisə, qurultaya gələrdi və sədr də seçilərdi: «Sadəcə, 20 gün gözləmək lazım idi». «Brüsseldə keçiriləcək qurultayda rəhbərlik etdiyiniz DAK-ın adını dəyişdirməyəcəksiniz ki» sualına cavab olaraq professor Q.Təbrizi bildirib ki, əsil DAK Brüsseldə keçiriləcək birlik qurultayına gedən təşkilatdır və onun adı heç bir halda dəyişdirilməyəcək. İyunun 6-8-də Almaniyanın Köln şəhərində keçirilən qurultayda Dünya Azərbaycanlıları Konqresinə (DAK) həmsədr seçilən Firidun Pərvizniya «Media forum» saytına müsahibəsində bildirib ki, əvvəllər də bu qurumla təmasda olub: «Lakin sonradan bəzi problemlərə görə DAK-dan uzaqlaşdım. Təkrar DAK-a dəstək olmaq xahişi etdilər. Bizim də xaricdə güclü Azərbaycan diasporuna ehtiyacımız var. Erməni diasporu qarşısında güclü Azərbaycan diasporu qurmaq çox çətindir. Günü-gündən təşkilatın işləri çoxalır, ona görə də işi daha yaxşı aparmaq üçün rəhbərlik iki nəfərə həvalə olundu». DAK-la bağlı fikir ayrılığına gəlincə, F.Pərvizniya hesab edir ki, Qulamrza Təbrizi, Cavad Derəxti və başqaları bu qurumdan getməməli idilər: «Onlar DAK-da çalışıblar, müəyyən əmək sərf ediblər. Mən bu qurumun legitim olduğunu bilərək qurultayda iştirak etdim. Təşkilata acıq etmək, küsmək, olmaz. Onda təşkilat yaşamaz». DAK həmsədri uzun illər Avropada yaşadığına görə bir çox təşkilatlarla siyasi-diaspor əlaqələrinin olduğunu və həmsədrlik etdiyi müddətdə bu əlaqələrdən yararlanacağını bildirib. O, artıq bir neçə dəfə Bakıda olduğunu və yaxın günlərdə də Azərbaycan paytaxtına səfər edəcəyini bildirib. Amma F.Pərvizniya Bakıda hər hansı biznesinin olmadığını deyib: «Amma mən bizneslə diaspor fəaliyyətini bir-birinə qarışdırmaq fikrində deyiləm». Xatırladaq ki, Köln qurultayında təşkilata F.Pərvizniya ilə bahəm Sabir Rüstəmxanlı da həmsədr seçilib. bizimyol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar