Dəməşq və Qüds arasında sülh prosesi yalnız Colan yüksəklikləri qaytarıldığı halda mümkündür – ekspertlər

2008-06-12 20:38

Dəməşq və Qüds arasında sülh prosesi yalnız Colan yüksəklikləri qaytarıldığı halda mümkündür – ekspertlər Azərbaycan, Bakı, 12 iyun/ Trend News müxbir E.Tariverdiyeva, R.Hafizoğlu, U.Sadıqova/ Dəməşq və Qüds arasında sülh prosesi yalnız İsrailin işğal et

Gunaz.tv Quote | Gunaz article

Dəməşq və Qüds arasında sülh prosesi yalnız Colan yüksəklikləri qaytarıldığı halda mümkündür – ekspertlər Azərbaycan, Bakı, 12 iyun/ Trend News müxbir E.Tariverdiyeva, R.Hafizoğlu, U.Sadıqova/ Dəməşq və Qüds arasında sülh prosesi yalnız İsrailin işğal etdiyi Colan yüksəklikləri qaytarıldığı halda mümkündür. “İlk növbədə, işğal edilmiş Fələstin, Livan torpaqları və Colan yüksəklikləri qaytarılmalıdır. Sülh prosesi yalnız İsrailin 1967-ci ilədək işğal etdiyi bütün torpaqları azad etdiyi halda səmərəli olacaq”, - müstəqil Suriya eksperti Əkrəm Hüzam bildirib. Cursor agentliyi məlumat verib ki, Suriya, Qüdsün Colan yüksəkliklərindən getməyə hazır olduğu barədə ilkin vədini alanadək İsraillə birbaşa danışıqları bərpa etməkdən imtina edib. Suriyanın xarici işlər naziri Valid Müəllim mayın ortalarında “Əl-Həyat” qəzetinə bəyanatında söyləyib ki: “Biz Suriyanın nəyi isə qabaqcadan görməyə məcbur olacağı vəziyyətin yaranmasına yol verməyəcəyik. O (İsrail), Colan yüksəkliklərindən tam getməyənədək heç bir addım atılmayacaq. Bu, sadəcə, zəruri şərt deyil, bu bizim hüququmuzdur”. Suriyalı politoloq Hüzam hesab edir ki, Dəməşq və İsrailin sülh danışıqları Ehud Olmertdən asılı deyil. “İsrailin bir çox müxalifət qüvvələri və partiyaları Suriya ilə sülh danışıqlarının bərpa edilməsini istəmirlər”, - Hüzam cümə axşamı telefonla Livandan Trend News -a bildirib. Ekspertin rəyinə görə, İsrail regionda sülhə dair beynəlxalq Konvensiyaların bütün tələblərini yerinə yetirməlidir. Suriyalı politoloq Hüsni Məhəllinin rəyinə görə, İsrail Suriya ilə sülh istəmir və mümkün olan hər bir şeyi edir ki, danışıqlar baş tutmasın. “Suriyadan fərqli olaraq, İsrail bu danışıqlara həmişə inamsız yanaşıb. Başda prezident Buş olmaqla, İsrailin ABŞ-dakı tərəfdarları Ankaranın düşmənçilik edən tərəflər arasında vasitəçilik etməsinə dair bütün cəhdlərini rədd ediblər”, - Məhəlli telefonla Trend News -a bildirib. Onun sözlərinə görə, sülh danışıqlarının bərpa edilməsi üçün Colan yüksəklikləri həqiqi, tarixi sahiblərinə qaytarılmalıdır. Məhəllinin rəyinə görə, İsrailin Suriyanın sülh danışıqlarını istəmədiyinə dair bəyanatları reallığa uyğun deyil. “Qüdsün danışıqlar aparmaq istəməməsinin əsas səbəbi İsrailin özündə siyasi sabitliyin olmamasıdır”, - ekspert hesab edir. Amerikalı ekspert Pol Sallivan (Paul Sullivan) da hesab edir ki, Colan yüksəklikləri qaytarılmadan, İsrail və Suriya arasında sülh imkanları sıfıra bərabərdir. “İsrailin baxışları və Suriyaya münasibətdə siyasət cənab Olmertin vəzifədən getməsindən sonra dəyişə bilər. Lakin bu dəyişikliklər gələcəkdə onun yerini tutacaq insanın şəxsiyyəti ilə müəyyən olunacaq”, - Corctaun Universitetinin professoru Sallivan cümə axşamı elektron poçtla Trend News -a bildirib. Politoloq qeyd edib ki, bu vəziyyətdə Türkiyə hökumətinin, xüsusilə də sülh prosesinin irəliləməsi üçün çox şey etmiş Ədalət və İnkişaf Partiyasının (ƏİP) sözlə yox, əməli səy göstərməsi vacibdir. “Türkiyə hökumətindəki mövcud siyasi böhran İsrail-Suriya münasibətlərinin hazırki mərhələsində çox mühümdür”, - Sallivan bildirib. Küveytli politoloq Cihad Saadi belə hesab edir ki, Colan yüksəklikləri qaytarılmayanadək İsrail və Suriya arasında sülh sazişi imzalanmayacaq. “Ərazi iddialarınadan başqa, Suriyanın İsrail tərəfinin yerinə yetirməyə hazır olmadığı çox sayda digər tələbləri də var”, - Saadi cümə axşamı telefonla Trend News -a bildirib. Amerika hökuməti Suriyanın Livanın siyasətinə müdaxilə etməsini bəyan edib və o güman edir ki, bu, danışıqlara maneə yaradır. “Tərəflər arasında sülhün əldə olunması ölkənin Baş nazirindən daha çox, Colan yüksəkliyini qaytarmaqdan qəti şəkildə imtina edən İsralin müxalifət partiyalarından asılıdır”, - Saadi bildirib. Politoloqun rəyinə görə, İsrail hökuməti bu məsələləri problemin real, dincyolla həllindən daha çox, Ehud Olmertin siyasi təsirinin artırılması üçün müzakirəyə çıxarır. Ekspert hələ ki, Suriya və İsrail arasında konkret danışıqların olmadığını və İsrailin hərəkətlərinin yalnız demokratik təbliğat olduğunu əlavə edib. Suriya prezidenti Bəşər Əsəd hələ 2004-cü ildə, Türkiyənin keçmiş prezidenti Əhməd Necdət Sezərlə və Baş nazir Ərdoğanla görüşündə Dəməşqin İsraillə sülh danışıqlarına hazır olduğunu bəyan edib. O zaman İsrail Suriya ilə sülh danışıqlarına razı olmayıb. Suriyaya məxsus Colan yüksəklikləri 1967-ci ildə Ərəb-İsrail müharibəsi zamanı İsrail tərəfindən işğal edilib və 1981-ci ildə ilhaq edilib. trend
Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İrandan ermənilərə daha bir jest: "Güney və Quzey Azərbaycan Türkiyənin yanında olacaq"

2021-04-20

gun az article

Həmədanda ağır yol qəzası baş verib- ölən və yaralananlar var

2021-04-20

gun az article

Təbriz avtomobil zavodunda tətil: Fəhlələr əmək haqqının ödənilməsini tələb edir-FOTOLAR

2021-04-20

gun az article

Qəzvində koronavirus fəlakəti: “Britaniya ştammı” sürətlə yayılıb, xəstəxanalarda çarpayı çatışmır

2021-04-20

gun az article

Ərdəbildə güclü yanğın: Ölənlər var-FOTO

2021-04-20

gun az article

Şərqi Azərbaycanda koronavirusa yoluxma kəskin artdı: Xəstəxanalarda yer çatışmazlığı yaranıb

2021-04-20

gun az article

Ərdəbildə etiraz aksiyası: İşsiz müəllimlər Təhsil İdarəsinin qarşısına toplaşdı

2021-04-20

gun az article

Tehranda Türkiyə əleyhinə şüarlar asıldı: Ermənilər qondarma soyqırımla bağlı geniş hazırlıqlara başladı-FOTOLAR+VİDEO

2021-04-20

gun az article

GünazTV April.19.2021: PARLAQ GƏLƏCƏK: İran’da Keçiriləcək Seçkilər, Seçkilər və Güney Azərbaycan

2021-04-20

gun az article

Urmulu milli fəal Salar Tahir Əfşar saxlanıldı

2021-04-19

gun az article

Tikantəpənin sərvətləri talanır: Bölgənin icra hakimi mərkəzi hökuməti sərt tənqid etdi

2021-04-19

gun az article

Qarabağa görə saxlanılan güneyli fəallar Babək Kiyumərsi və Səid Sultani istintaqa çağırılıb

2021-04-19

gun az article

Qərbi Azərbaycanın qubernatoru Məhəmməd Mehdi Şəhriyari koronavirusa yoluxub

2021-04-19

gun az article

Ərdəbilli boksçudan uğur: Dünya çempionatında litvalı rəqibini məğlub etdi

2021-04-19

gun az article

Təbrizli millət vəkili təzyiqlərdən danışdı: "Mənə dedilər ki, həbs olunmaq istəmirsənsə bu barədə danışma"

2021-04-19

gun az article

Güney Azərbaycanda əməliyyat: İki əyalətdə külli miqdarda narkotik maddə ələ keçdi

2021-04-19

gun az article

İranda mollanın döyülmə görüntüsü geniş rezonans doğurdu-VİDEO

2021-04-18

gun az article

Asiya Çempionlar Liqasında yarışan "Traxtur" yenə rəqiblə bərabərə qaldı

2021-04-18

gun az article

Muxtar İbrahimi ilə görüş; "Radio Fərda" həftəlik qonaq verilişini güneyli milli-mədəni fəala həsr edib+VİDEO

2021-04-18

gun az article

Milli fəal Əlirza Fərşiyə məzuniyyət hüququndan istifadəyə icazə verilmir

2021-04-18