SON XƏBƏRLƏR

Divarlara Abbas Lisaninin azadlığını tələb edən şüarlar yazılır, Xalxal şəhərində... – VİDEO

2021.10.20, 07:36
Divarlara Abbas Lisaninin azadlığını tələb edən şüarlar yazılır, Xalxal şəhərində... – VİDEO

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan şəhərlərində tanınmış azərbaycanlı fəal Abbas Lisaninin qanunsuz saxlanmasına qarşı etirazlar davam edir.

 

Xalxallı milli-mədəni fəallar digər Azərbaycan şəhərlərində olduğu kimi, divarlara şüarlar yazaraq tanınmış fəalın qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edirlər.

 

Şəhərin müxtəlif məntəqələrində “Abbas Lisani azad olunsun”, “Biz hamımız Abbas Lisaniyik”, “Yaşasın Abbas Lisani” və s. kimi şüarlara rast gəlindiyi bildirilir.

 

Abbas Lisani yanvarın 15-də Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində mühakimə olunduqdan  sonra təhlükəsizlik qüvvələri tərəfindən oğurlanaraq Ərdəbil Zindanının karantin bölümünə aparılıb. Fəal saxlandığı gündən aclıq aksiyasına başlayıb.

 

Tanınmış fəalın saxlanmasına qarşı etirazlar ara vermir. Azərbaycanlı fəallar “Biz hamımız Abbas Lisaniyik” adlı kampaniya başladaraq ərdəbilli fəalın qeyd-şərtsiz azadlığa buraxılması ilə bağlı danışdıqları videoları internetdə yayırlar.

 

Ötən günlərdə Ərdəbil, Təbriz, Urmiyə, Mərənd, Əhər, Tehran, Muğan, Çaypara, Sulduz və s. kimi şəhərlərdə Abbas Lisaninin qanunsuz saxlanmasına etiraz olaraq divarlara oxşar şüarlar yazılıb, posterlər yayılıb və plakatlar nümayiş etdirilib.

 

 

 

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar