SON XƏBƏRLƏR

Divarlara pəhləvi məmurlarının kitab yandırma faciəsini pisləyən posterlər yapışdırılıb – Təbrizdə

2021.10.20, 07:36
Divarlara pəhləvi məmurlarının kitab yandırma faciəsini pisləyən posterlər yapışdırılıb – Təbrizdə

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda 1946-cı il dekabrın 17-də (26 Azər – Şah rejiminin türkcə kitabları yandırdığı gün) pəhləvi məmurları tərəfindən həyata keçirilən kitab yandırma faciəsinə etiraz edilib.

 

Bu məqsədlə Təbrizdə divarlara qeyri-insani işi qınayan şüarlar yazılıb. “26 Azər – türkcə kitabların yandırılmasını qınayırıq” və “bu faşizm hərəkətini pisləyirik” sözləri yazılan şüarlar arasındadır.

 

Azərbaycanlı fəallar divarlara ana dilində təhsil tələbi ilə də şüarlar yazıblar.

 

1945-ci il dekabrın 12-də (1324-cü il azərin 21-də) Seyid Cəfər Pişəvərinin başçılığı ilə Təbrizdə Azərbaycan Milli Hökuməti qurulub. Bu tarixi gün Azərbaycan tarixinə “21 Azər Hərəkatı” kimi düşüb.

 

Milli hökumət qurulduqdan bir il sonra Pəhləvi hakimiyyətinin qanlı müdaxiləsi və bir sıra xarici amillərə görə süquta uğradılıb. Mərkəzi hökumətin ordusu Azərbaycanı yenidən işğal etdikdən sonra Azərbaycanda çox sayda hərbçi, dinc sakin, alim, sənətkar və siyasətçi acımazcasına qətliam edilib. Müxtəlif mənbələrdə işğalçı tərəfindən 25 mindən çox azərbaycanlının faciəli şəkildə öldürüldüyü qeyd olunur.

 

Pəhləvi rejiminin məmurları bununla da kifayətlənməyərək Güney Azərbaycanda türk dilində yazılmış kitabları toplayıb və şəhərlərin mərkəzi meydanında yandırıblar. Türk dili və ədəbiyyatını hədəfə alan məmurlar universitet, məktəb, kitabxana, öyrəncilərin xüsusi kitabxanaları və s. kimi yerlərdən topladıqları kitabları yandıraraq məhv ediblər.

 

Pəhləvi rejiminin Azərbaycanda törətdiyi cinayətlər fərqli formalarda islam cümhuriyyəti dövründə də davam etdirilib. Sözügedən qətliam və kitab yandırma faktının islam ücmhuriyyəti tərəfindən ort-basdır edilməsi onun Azərbaycana olan münasibətini göstərməkdədir.

 

 

 

N.S

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar