SON XƏBƏRLƏR

Donald Tramp: “Şimali Koreya ilə çox məhsuldar danışıqlar aparırıq”

2021.10.20, 07:36
Donald Tramp: “Şimali Koreya ilə çox məhsuldar danışıqlar aparırıq”

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında görüşün keçirilməsi mümkündür.

 

Bu barədə ABŞ prezidenti özünün "Tvitter” hesabında yazıb.

 

"Şimali Koreya ilə çox məhsuldar danışıqlar aparırıq. Kim Çen In ilə görüş iyunun 12-də Sinqapurda və ya zərurət yarandıqda, daha sonra keçirilə bilər”, D.Tramp yazıb.

 

Bundan əvvəl ABŞ-ın müdafiə naziri Ceyms Mettis Tramp- Kim Çen In arasında görüş baş tutacağını istisna etməyib.

 

Mayın 24-də Tramp Kim Çen Inla planlaşdırılmış sammitdən imtina edib. ABŞ prezidenti öz qərarını KXDR liderinin Vaşinqtonun ünvanına səsləndirdiyi bəyanatda açıq düşmənçiliyə yol verdiyi ilə əsaslandırıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar