SON XƏBƏRLƏR

Dünya bazarlarında neftin qiyməti ucuzlaşmağa başlayıb

2021.10.20, 07:36
Dünya bazarlarında neftin qiyməti ucuzlaşmağa başlayıb

Gunaz.tv
Dünya bazarlarında neftin qiyməti ucuzlaşmağa başlayıb neft3.jpg Neftin belə kəskin ucuzlaşmasına İran prezidenti Mahmud Əhmədinecatın bəyanatı səbəb olub Dünya birjalarında neftin qiyməti ucuzlaşıb. Ötən gün birjalarda "qara qızıl"ın qiyməti 5,5 dollar azalaraq, 136 dollara düşüb. Ucuzlaşma həm Nyu-Yorkda həm də London birjalarında baş verib. Neftin belə kəskin ucuzlaşmasına İran prezidenti Mahmud Əhmədinejatın bəyanatı səbəb olub. İran rəhbəri bildirib ki, indi Amerika və İsrailin İrana hücum ehtimalı azdır. Yaxın vaxtlarda müharibə vəd etməyən bu bəyanat birjalarda neftlə bağlı narahatlığı aradan qaldırıb və qiymətlər düşüb. Ucuzlaşma Azərbaycan neftinə də təsir edib. Ötən gün “Azəri Layt” markalı neft 6 dollar ucuzlaşaraq 139 dollara satılıb. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar