SON XƏBƏRLƏR

DÜNYADA 300-dən ÇOX AZƏRBAYCAN İCMASI VAR. AZƏRBAYCANLILARIN XARTİYASI HAZIRLANIR

2021.10.20, 07:36
DÜNYADA 300-dən ÇOX AZƏRBAYCAN İCMASI VAR. AZƏRBAYCANLILARIN XARTİYASI HAZIRLANIR

Gunaz.tv
DÜNYADA 300-dən ÇOX AZƏRBAYCAN İCMASI VAR. AZƏRBAYCANLILARIN XARTİYASI HAZIRLANIR İyulun 5-də Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi ad gününü qeyd edəcək. 2002-ci il iyulun 5-də prezident fərmanı ilə yaradılmış qurumun əsas məqsədi xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsi və inkişafıdır. Komitənin 6 yaşı ilə bağlı yayılmış press-relizdə qurumun xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, soydaşlarımız arasında milli-mənəvi dəyərlərin qorunub saxlanılması, həmvətənlərimizin hüquq və azadlıqlarının qorunması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirildiyi vurğulanır. Məlumatda hazırda dünyanın əksər ölkəsində 300-dən çox Azərbaycan icmasının fəaliyyət göstərdiyi və diasporun təşkilatlanma prosesinin davam etdiyi bildirilir. Dövlət Komitəsinin fəaliyyət göstərdiyi dövr ərzində Rusiya Federasiyasında, o cümlədən Dağıstan Respublikasında, Gürcüstanda və digər ölkələrdə yaşayan azərbaycanlıların problemlərinin həlli ilə bağlı müxtəlif layihələr hazırladığı haqda məlumatlar da press-relizdə yer alıb. Hazırda dövlət komitəsinin dünya azərbaycanlılarının xartiyası və Azərbaycan diasporunun fəaliyyət konsepsiyasının hazırlanması istiqamətində iş apardığı bildirilir. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar