SON XƏBƏRLƏR

DÜNYANIN BÖYÜKLƏRİ BU GÜN(7 IYUL) YAPONİYAYA YIĞIŞIR

2021.10.20, 07:36
DÜNYANIN BÖYÜKLƏRİ BU GÜN(7 IYUL) YAPONİYAYA YIĞIŞIR

Gunaz.tv
DÜNYANIN BÖYÜKLƏRİ BU GÜN YAPONİYAYA YIĞIŞIR Hava pisləşdiyi üçün “Böyük səkkizlik” liderlərinin təhlükəsizliyi ilə bağlı problem yaranıb 5426.jpg Bu gün Yaponiyanın Hokkaydo adasında dünyanın sənayecə inkişaf etmiş 8 böyük ölkəsinin liderlərinin növbəti illik sammiti işə başlayacaq. 3 gün davam edəcək sammitin gündəliyində qlobal istiləşmə, neftin bahalaşması, ərzağın qiymətinin artması və bununla bağlı yaranan problemlər, ABŞ-dakı maliyyə böhranı, İranın nüvə problemi və digər məsələlər var. Sammitdə iştirak etmək üçün dünən ABŞ prezidenti Corc Buş, Almaniya kansleri Angela Merkel, Rusiya prezidenti Dmitri Medvedyev və digər liderlər Yaponiyaya yola düşüblər. Qeyd edək ki, “Böyük səkkizlər” ABŞ, Almaniya, Yaponiya, Böyük Britaniya, Fransa, İtaliya, Kanada və Rusiyadan ibarətdir. Bundan əlavə, sammitdə bir sıra Afrika ölkələrinin liderləri, Çin, Hindistan və inkişaf etməkdə olan digər ölkələrin başçıları da iştirak edir. Məlumatlara görə, qloballaşma əleyhdarları və pasifistlər “Böyük səkkizliy”ə daxil olan dövlət başçılarının gəlişi ərəfəsində etiraz yürüşləri təşkil ediblər. Yaponiya polisi və ordusu sammit iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün fövqəladə tədbirlər görüb. Sammitin keçiriləcəyi adanın səması dünəndən etibarən istənilən uçuşlara qadağan edilib, hərbi-hava qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib. F-15 qırıcıları müdafiə naziri Siqeru İsibanın əmri ilə yaxınlıqdakı Toya adası üzərində 46 kilometrlik radiusda döyüş növbəsi çəkir. Onların qarşısında terrorçular tərəfindən ələ keçirilə bilən uçan aparatların sammitin keçirildiyi adaya yaxınlaşmasına imkan verməmək vəzifəsi dayanıb. Bundan əlavə, yaxınlıqdakı iki hərbi bazada hərbi-hava qüvvələrinin təyyarələri döyüşə hazır vəziyyətdə saxlanılacaq. Sammitin keçirildiyi məkanın səmasında erkən xəbərdarlıq sistemi ilə təchiz olunmuş AWACS təyyarələri də növbə çəkəcək. Dənizdən isə “İgis” hava hücumundan müdafiə sistemləri ilə təchiz olunmuş iki hərbi gəmi sammit iştirakçılarını qoruyacaq. Onlara 10 mina tral gəmisi kömək edəcək. Yaponiyanın quru qoşunlarına da hazırlıq əmri verilib. Müdafiə nazirinin əmrinə görə, quru qoşunları xüsusi olaraq yaxınlıqdakı bir neçə hərbi bazada yrləşdirilmiş “Patriot” raketlərindən istifadəyə hazır olmalıdır. Lakin bütün bu tədbirlərə baxmayaraq hava şəraitinin pisləşməsi sammit iştirakçılarının təhlükəsizliyi ilə bağlı problemlər yaradıb. Belə ki, qəfildən duman qonaqların sammitin keçirildiyi yerə vertolyotlarla getməsini çətinləşdirir. Əvvəlcədən planlaşdırılmışdı ki, liderlər öz təyyarələri ilə Hokkaydo adasının beynəlxalq aeroportuna enəcəklər. Oradan isə onları Yaponiya hərbi-hava qüvvələrinə məxsus vertolyotlar təqribən 100 kilometr məsafədə, dağların zirvəsində yerləşən “Vondsour” otelinə aparmalı idi. Bu marşrut ən təhlükəsiz hesab edilirdi və vertolyotları havadan qırıcılar müşayiət edəcəkdi. Lakin dünən “Vindsour” otelinin yerləşdiyi ərazini sıx duman bürüyüb. Burada görmə məsafəsinin bir neçə metrdən çox olmadığı bildirilir. Əgər duman bu gün də davam etsə, o zaman liderlər Hokkaydo aeroportundan otelə qədər maşınla getməli olacaqlar. Bu isə təhlükəsizlik xidmətləri üçün ağır problem yaradır. F.MƏMMƏDOV musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar