SON XƏBƏRLƏR

“Dünyanın harasında bədbəxt bir adam görsən bil ki həmşəridir” (4) - Semed Niknam

2021.10.20, 07:36
“Dünyanın harasında bədbəxt bir adam görsən bil ki həmşəridir” (4) - Semed Niknam

Gunaz.tv
“Dünyanın harasında bədbəxt bir adam görsən bil ki həmşəridir” (4) - Semed Niknam semedniknam.jpg “Dünyanın harasında bədbəxt bir adam görsən bil ki Həmşəridir“ Cəlil Məmmədquluzadə Həmşərilər çaşır Salam Molla əmi ! Bizim kənd də Murad adlı bir kişi var idi. Bir gün Murad kişi kəndin çayxanasında bir əhvalat danışırdı: “Günlərin bir günündə oğurluğa getmişdik. Mən idim, Haqverdi idi, Nəcəfqulu idi, amma birini deməyəcəyəm. Birdə gördük Məşədi Kazım iti ayaqladı “. Murad kişi çaşdığını başa düşüb dedi: “Vay dedim day”. Bəli, Murad kişi Məşədi Kazıma hörmət edərək onun oğurluğa getdiyini demək istəmirdi, amma çaşdı dedi. Bizim kənddə buna deyirlər çaşmaq, bunu yadda saxlayaq keçək əsl mətləbə. Mola əmi ! Özündə yaxşı bilirsən ki, xaricdə yaşayan azərbaycanlıların 99% həmşərilərdir. Buna baxmayaraq son vaxtlar onları 10-15 il öncə qurduqları təşkilatların rəhbərliyindən çıxarırlar. Bu təşkilatların rəhbərliyinə Azərbaycan Respublikasının dövlət və ya hökumət məmurları “seçilir “. Oturdum və papağımı qoydum qabağıma, bunun səbəbi haqda çox fikirləşdim. Fikirləşdim, fikirləşdim amma bir səbəb tapa bilmədi. Sonra dedim bəlkə, Bakıya bir tikə kağız yazım və bu işin nədənin soruşum. Molla əmi, sənin tapşırdığın kimi, mən bir işi görmədən öncə, onun nəticəsi haqda da düşünürəm. Dedim tutaq ki, mən kağızı yazdım, Bakıda kağızı oxuyub ona cavab verən kimdir. Sonra fikirləşdim ki, birdən insafa gəlib bu dəfə cavab verdilər və yazdılar ki: “ Ay qardaş, həmşəridən təşkilat rəhbəri olmaz, bir sözlə, həmşəriyə iş tapşırılası deyil, səbəbi də bu dur ki, həmşərilər çaşır. Misal üçün, bir həmşəri gəlir Bakıya və bir neçə min dollar veririk onun əlinə. O da gətirir o pulları xımır-xımır xərcləyir. Birdən bir cüvəllağı tapılır deyir ki, ay filankəs sənə Bakıda beş min yevro vermişlər, o da tələm-tələsik deyir : Yox yevro deyildi, dollar idi. Bax, məhz buna görə həmşərilərə etibarımız yoxdur “. Molla əmi, mən dollarla yevro arasında çaşan həmşərinin çaşmasını, kəndimizdəki oğurluğa getmiş Murad kişinin çaşması ilə qarşılaşdırdım və gördüm ki, elədir bu həmşəri də çaşıb və Bakıdan mənə belə bir cavab gələrsə, daha mənim onlara deməyə sözüm qalmayacaq. Kişilər haqlıdır. Sən necə fikirləşirsən , Molla əmi ? Çaşmağın qaş-gözü olmur ki, indi özün de sənin bu cırıq-mırıq həmşərilərinə etibar edib iş tapşırmaq olarmı ? baybak

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar