SON XƏBƏRLƏR

Dünyanın maliyyə hakimiyyəti dəyişir

2021.10.20, 07:36
Dünyanın maliyyə hakimiyyəti dəyişir

Gunaz.tv
Dünyanın maliyyə hakimiyyəti dəyişir Son 11 ay ərzində qlobal maliyyə bazarında situasiya kəskin şəkildə dəyişib. Yeni investorlar qrupu dünya bazarlarında xammal və ərzaq məhsullarının bahalaşmasından istifadə edərək təsir imkanlarını artırırlar. Onların aktivləri 18% faiz artıb və bundan sonrakı perspektivləri də nikbindir. "McKinsey Global İnstitute" (MGİ) beynəlxalq konsaltinq şirkətinin "Qlobal böhran və maliyyə bazarlarında yeni oyunçular" hesabatında deyilir ki, hazırda Qərb iqtisadiyyatının ənənəvi institutlarından maliyyə hakimiyyəti yeni oyunçular və yeni regionlara keçir. Analitiklərin fikrincə, "yeni investorlar" neft ixracatçıları, Asiya ölkələrinin hökumətləri, hec fondlar və birbaşa investisiya fondlarıdır. Dünya bazarlarında xam neftin qiymətlərinin kəskin artdığı şəraitdə neft nasih edən ölkələr yalnız 2007-ci ildə xarici dövlətlərdəki maliyyə aktivlərini təxminən 20% artıraraq $4,6 trilyona çatdırıblar. Məsələn, Rusiya aktivlərini $105 milyard artıraraq valyuta ehtiyatları baxımından Birləşmiş Ərəb Əmirliklərindən sonra dünyanın ikinci dövlətinə dönüb. Daha $4,6 trilyon Asiya ölkələrinin suveren xarici aktivlərinin payına düşür. Birbaşa investisiya fondları da sürətli inkişafdadır. Ötən ilin III rübündə ABŞ-dakı ipoteka kreditləri böhranı ilə bağlı onların inkişaf tempi aşağı düşsə də, fondlar konyukturanın pisləşməsinə dərhal uyğunlaşaraq strategiya və taktikalarını dəyişdilər. Hazırda istiqraz və borclar hesabına satınalmaları (LBO) maliyyələşdirən fondların aktivlərinin ümumi həcmi $900 milyarda çatıb. "The Wall Street Journal"ın analitikləri MGİ hesabatı ilə razılaşaraq bildirirlər ki, araşdırmadakı dəyərləndirmələr neft qiymətləri ilə bağlı yetərincə mühafizəkar təxminlərə əsaslanır. Asiya ölkələri isə çox yəqin ki, yaxın illərdə müsbət ticari balansı qoruyub saxlaya biləcəklər. Onların ixraclarının daha da artması üçün ABŞ dollarının bundan sonra 30% daha ucuzlaşması gərəkdir. Birbaşa investisiya və hec fondları isə uzunmüddətli ucuz maliyyələşmə çatışmazlığı və həmin sektorda rəqabətin güclənməsi ilə bağlı olaraq gəlir səviyyəsinin artım perspektivlərinin aşağı düşməsindən dolayı, inkişafın bir qədər zəifləməsi ilə üzləşəcəklər. "Bloomberg"in ekspertəlri isə bildirirlər ki, "yeni investorlar"ın pulları Qərbdə maliyyə-kredit böhranının çox ağır nəticələrinin yüngülləşdirilməsi baxımından mühüm rol oynadılar. Total təşviş və ənənəvi mənbələrdən kreditləşmənin qəflətən çətinləşərək aşağı düşdüyüu şəraitdə Asiya ölkələri və neft ixrac edən dövlətlərin investisiya fondları maliyyə böhranı şəraitində çox əhəmiyyətli likvidlik mənbəyinə döndülər. Belə ki, Asiyanın suveren investisiya fondları ötən ilin mart ayından bu ilin iyun ayınadək Qərbin maliyyə institutlarına $36 milyard, neft ölkələrinin fondları isə $23 milyard yatırıblar. "The Financial Times" isə "yeni investorlar"ın güclənməsinin yaxın gələcəkdə qlobal maliyyə sisteminə mənfi təsir göstərə biləcəyindən narahatdır. Belə ki, hec bazardakı uğursuzluqlar maliyyə sistemində stabilliyi alt-üst edə bilər. Birbaşa investisiya fondlarının borc aldıqları vəsaitdən əhəmiyyətli dərəcədə istifadə etməsi isə maliyyə bazarının bu seqmentində defolt risqlərini artırır. Və ən nəhayət, likvid vasitələrin artımı aktivlərin qiymətlərini bahalaşdıra bilər. Zira sözügedən seqmentdə likvidlik axını şirkətlər və infrastruktur obyektləri kimi real atiklərin qiymətlərini xeyli bahalaşdıracaq, nəticədə sonrakı investorlar maliyyə rıçaqlarına əl ataraq bahalaşmanı daha da sürətləndirəcəklər və sonucda yeni "qovuq" əmələ gələcək. Ən təhlükəli məqam isə odur ki, dövlət investisiya fondları öz aktivlərindən siyasi məqsədlərlə istifadə etmək imkanı qazanırlar. Suveren fondlar iri şirkətlərin direktorlar şurasına öz nümayəndələrini yeridərək korporasiyaların qərar qəbul etmələrinə təsir etmək imkanı qazanıralr. Bu səbəbdən də Avropa və ABŞ-ın maliyyə hakimiyyətləri suveren fondlarına öz bazarlarında "davranış məcəlləsi"ini qəbul etdirməyə çalışır, bəzi investisiyaları isə ümumiyyətlə yasaqlayırlar. Lakin belə davranış, daha doğrusu hadisələrin təbii axarına müqavimət çıxış yolu deyil. Həsən Ağacan express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar