SON XƏBƏRLƏR

ƏFQANISTAN SƏRHƏD POLİSİ İRAN VƏTƏNDAŞINI HƏBS EDİB

2021.10.20, 07:36
ƏFQANISTAN SƏRHƏD POLİSİ İRAN VƏTƏNDAŞINI HƏBS EDİB

Gunaz.tv
2008-06-23 - 16:51:00 İyunun 23-də Əfqanıstan sərhəd polisinin rəsmisi bir İran vətəndaşının casusluğa görə həbs edildiyini açıqlayıb. «Media forum» saytının məlumatına görə, Əfqanıstanın Herat sərhədyanı məntəqəsinin polis komandanı Rəhmətulla Safi jurnalistlərə açıqlamasında tutulan İran vətəndaşı Məhəmməd Qəzvinidən Herat aeroportunun, «Zəfər» adlı 208-nömrəli hərbi qarnizonun və BMT-nin Heratdakı ofisinin xəritələrinin götürüldüyünü bildirib: «Bu şəxs Herat aeroportuna daxil olmaq istəyirmiş. Təhlükəsizlik qüvvələri onu tutanda üstündə qanuni heç bir sənəd olmayıb». R.Safi casusluqda günahlandırılan Məhəməd Qəzvininin Əfqanıstan ordusuna da nüfuz etmək niyyətində olduğuna dair etiraflar etdiyini vurğulasa da, İranın Kabildəki səfirliyi iddiaları rədd edərək casusluq faktının sübutu üçün daha əsaslı sənədlərin irəli sürülməsini istəyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar