SON XƏBƏRLƏR

Əfqanıstanın təhlükəsizliyi yerli hərbi qüvvələrə həvalə olunur

2021.10.20, 07:36
Əfqanıstanın təhlükəsizliyi yerli hərbi qüvvələrə həvalə olunur

Gunaz.tv
Əfqanıstanın təhlükəsizliyi yerli hərbi qüvvələrə həvalə olunur «Əfqanıstanın təhlükəsizliyinin təmin edilməsi prosesi avqustun 5-dən etibarən bu ölkənin Milli Ordusuna təhvil veriləcək», – deyə Əfqanıstan Müdafiə Nazirliyinin spikeri, general Məhəmməd Zahir Əzimi çərşənbə axşamı telefonla Kabildən Trend News -a bildirib. General Əziminin sözlərinə görə, Əfqanıstan ordusunda hazırda hərbi təlim görmüş 75 min nəfər xidmət edir. İl ərzində hərbçilərin təlimi üçün 9 milyard dollar vəsait ayrılıb. Müdafiə Nazirliyi çalışır ki, avqust ayının sonunadək Kabil şəhərinin təhlükəsizliyi tamamilə Milli Orduya həvalə olunsun. «İlin sonunadək Əfqanıstan Müdafiə Nazirliyi 86 min nəfərlik yerli hərbi qüvvənin hazırlıq səviyyəsinin artırılmasını planlaşdırıb», – deyə Əzimi bildirib. qaynar ----------------------------------------------------------------------- ABŞ-da təyyarə qəzası baş verib ABŞ-ın Oreqon ştatının Girhart şəhəri yaxınlığında birmotorlu kiçik təyyarənin evin üzərinə düşməsi nəticəsində 4 nəfər ölüb. “Sessna” markalı təyyarə əvvəlcə ağaca çırpılıb, sonra evə dəyib və partlayış olub. Hadisə zamanı evdə 6 nəfər – qadın və 5 uşaq olub. İki uşaq yerindəcə keçinib, biri itkin düşmüş sayılır, qadın və daha 2 uşaq isə xəstəxanaya aparılıblar. Təyyarənin pilotu və sərnişini də qəza zamanı ölüblər. // APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar