SON XƏBƏRLƏR

Əhərdə saxta alkoqollu içki satmaqda şübhəli bilinən 6 nəfər saxlanılıb

2021.10.20, 07:36
Əhərdə saxta alkoqollu içki satmaqda şübhəli bilinən 6 nəfər saxlanılıb

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, son vaxtlar Güney Azərbaycanın bir neçə şəhərində saxta alkoqollu içkilərdən bir neçə nəfər ölüb, çox sayda insan isə zəhərlənərək xəstəxanalara yerləşdirilib.

 

Hadisənin baş verdiyi şəhərlərdən biri də Şərqi Azərbaycan Əyalətinin Əhər şəhəridir. Həmin şəhərdə əldəqayırma yolla hazırlanmış alkoqollu içkidən 100-dən çox insan zəhərlənib, bir nəfər isə həlak olmuşdur.

 

Əhər Şəhər Ədliyyə Şöbəsinin cinayətə qarşı önləyici mübarizə mərkəzinin keçirdiyi iclasda çıxış edən Əhər prokuroru Məhəmmədəli Nəzəri şəhərdə saxta mal satanlardan bir neçəsinin saxlandığını bildirib.

 

Saxta avtomobil mühərriki (motor) yağı istehsal edib və satmaqda şübhəli bilinən bir şəxsin saxlandığını deyən prokuror şəhərdə saxta alkoqollu içkilərin satışı ilə məşğul olanlara da işarə edib. O bununla bağlı 6 nəfərin şübhəli şəxs qismində yaxalandığını, artıq barələrində məhkəmə işi açıldığını diqqətə çatdırıb.

 

Martın 13-də Qərbi Azərbaycan Təcili Tibbi Yardım Mərkəzinin rəisi Baqir Bəhrami ötən günlərdə əyalətdə saxta alkoqollu içkilərdən zəhərlənənlərin sayının 38 nəfərə çatdığını, onlardan 7-nin öldüyünü bildirib.

 

Oxşar hadisə ötən həftələrdə Ərdəbil Əyalətinin Meşginşəhr və Şərqi Azərbaycan Əyalətinin Əhər şəhərində baş vermişdir. Meşkinşəhrdə saxta içkilərdən 3 nəfərin öldüyü və 57 nəfərin zəhərləndiyi, Əhərdə isə 1 nəfərin öldüyü və 100-dən çox insanın zərhərləndiyi bildirilmişdir.

 

İranda saxta alkoqollu içkilərin ölüm, kor olma və zəhərlənmələrə səbəb olması yeni xəbər deyil. Bu ölkədə 1979-cü ildən, islam inqilabı baş verəndən sonra alkoqollu içkilərin istehsalı, satışı və istehlakı qadağandır. Ona görə də evdə əldəqayırma yolla hazırlanmış və ya qanunsuz içkilər istehlak olunur.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar