SON XƏBƏRLƏR

Əhmədinejadın İmam Mehdi ilə bağlı düşüncələri hamını təccübləndirib

2021.10.20, 07:36
Əhmədinejadın İmam Mehdi ilə bağlı düşüncələri hamını təccübləndirib

Gunaz.tv
Əhmədinejadın İmam Mehdi ilə bağlı düşüncələri hamını təccübləndirib İran prezidenti “Mehdi iki ilə gələcək” deyir, yemək süfrəsinə hər dəfə daha bir boşqab yemək də “İmam Mehdi” üçün çəkir! Bütün bunları açıqlayan qəzetin rəhbəri isə həbs olundu! İranda islahçı qanada bağlı olan “Etimad” adlı gündəlik qəzetin rəhbəri Məhəmməd Cavad Haqşünas ölkə prezidenti Əhmədinejatın dini baxışlarını tənqid edən məqaləni dərc etdiyinə görə həbs olunub. “oyrencinews”-a istinadən, adı çəkilən məqalənin müəllifi Rəsul Müntəcəbniya adlı bir din xadimidir. Məqalədə Əhmədinejadın İmam Zaman (İmam Mehdi) ilə bağlı düçüncələri tənqid edilərək şübhə altına alınıb. Məqalə müəllifi yazır ki, İran prezidenti “iki ilə kimi İmami Zaman gələcək və mən həm məmləkəti, həm də höküməti ona təslim edəcəyəm” deyib. Yazar onu da bildirir ki, Əhmədinejad yemək yeyəndə daha bir boşqabı da süfrəyə qoyaraq “bu da İmam Zamaqnın payıdır” deyir. Əhmədinejadın bu baxışları İran islaharçıların da təccübünə səbəb olub. Sonda onu da qeyd edək ki, “oyrencinews” Güney Azərbaycan Öyrənci hərəkatına bağlı olan müstəqil bi saytdır.qaynar baybak

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar