SON XƏBƏRLƏR

Əhmədineyad rəqiblərini beşikdə boğur

2021.10.20, 07:36
Əhmədineyad rəqiblərini beşikdə boğur

Gunaz.tv
Əhmədineyad rəqiblərini beşikdə boğur İqtidardaxili müxalifət qəzeti bağlanıb İran prezidenti Mahmud Əhmədineyadın fəaliyyətini tənqid edən qəzet bağlanıb. "Reuters" agentliyinin yaydığı məlumata əsasən, tənqidi məqalə "Tehran Emrooz" qəzetinin lisenziyasının geri alınması ilə nəticələnib. Həmin mətbu orqanın rəhbəri məhkəmə qarşısına çıxıb. O, prezident haqqında yalan və böhtan xarakterli məlumatları ictimaiyyətə çatdırmaqda ittiham edilib. Mahmud Əhmədineyad barəsində olan məqalədə onun əsasən iqtisadiyyat sahəsində yürütdüyü siyasət ciddi tənqid atəşinə tutulmaqla yanaşı, dövlət başçısının ölkədə inflyasiyanın ildə 25 faizə çatmasının qarşısını almaqda acizliyi qeyd edilib. "Tehran Emrooz" qəzeti İranda ilyarım əvvəl fəaliyyətə başlayıb. Hesab edilir ki, bu qəzet Tehranın meri Məhəmməd Bəkir Kalibafa yaxındır. Bu şəxs isə 2009-cu ildə keçiriləcək prezident seçkilərində Mahmud Əhmədineyadın əsas rəqiblərindən biri sayılır. "Reuters" xəbər verir ki, 2000-ci ildən bəri İranda 100-dək qəzet və informasiya agentliyi bağlanıb. Əsas səbəb kimi onların "Qərbin sözü ilə oturub-durması" göstərilir. kaspi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar