SON XƏBƏRLƏR

Əhmədineyad:Yüz ABŞ bir İrana yetməz

2021.10.20, 07:36
Əhmədineyad:Yüz ABŞ bir İrana yetməz

Gunaz.tv
Yüz ABŞ bir İrana yetməz Əhmədineyad "Böyük səkkizliy"ə qarşı "D8"-i səfərbər edir dunya.jpg İnkişaf etməkdə olan ölkələrin dövlət başçılarının toplantısına qatılmaq üçün Malayziyaya səfər edən İran prezidenti Mahmud Əhmədineyad "5+1" qrupunun (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya) uranı zənginləşdirməyi dayandırmaqla bağlı tələbinin qanunsuz olduğunu deyib. "İRNA"nın məlumatına görə, M.Əhmədineyad uranı zənginləşdirmək hüququndan imtina etməyəcəklərini vurğulayıb: "5+1" qrupuna daxil ölkələr bir tərəfdən bizə müzakirə təklif edirlər, o biri tərəfdən də bizi təhdid edir və onların qanunsuz tələbinə boyun əyməyimizi istəyirlər". O, ABŞ və İsrailin İrana qarşı mümkün hərbi hücumuna da münasibət bildirib: "ABŞ və İsrail bizdən ötrü heç nədir. Onlar kimi yüz qüvvə bir yerə yığılsa da, yenə İrana qarşı hərbi hücuma keçməyə cəsarət etməz. İsrail İranın nüvə bombası əldə etməyindən ona görə qorxmur ki, onun özünün nüvə silahı var". Əhmədineyad İranın mövqeyinin şəffaf və qanuni olduğunu vurğulayıb: "Lakin düşmənlərimiz atom proqramımızdan bizə təzyiq göstərmək üçün istifadə edirlər. Onlar bizim atom silahı yaratmağımızdan qorxmurlar. Çünki özlərinin belə silahı var, MAQATE nəzarətindən kənardadır və ABŞ-ın dəstəyinə arxalanırlar". M.Əhmədineyad, həmçinin inkişafda olan "səkkiz"lərin "D8" qrupuna müraciətlə hegemonluq edən böyük dövlətlərsiz gələcəyi planlaşdırmağa çağırıb. "D8" qrupunun Kuala-Lumpurda keçirilən sammitində çıxış edən İran lideri deyib ki, üzv ölkələr hərtərəfli əməkdaşlıq və məsləhətləşmələrin köməyi ilə böyük siyasi-iqtisadi böhranların üzərindən aşa bilər. "D8" qrupuna İndoneziya, Malayziya, Türkiyə, Pakistan, Nigeriya, İran və Banqladeş daxildirlər. Əhmədineyad üzv ölkələri ümumi prinsiplərə söykənən həqiqi qardaşlığa çağırıb. İran prezidenti üzv ölkələrə müraciətlə deyib ki, qrup regional münaqişələrin həllində daha fəal olmalıdır. Bir məsələni də qeyd edək ki, Kuala-Lumpur sammitində İran prezidenti Türkiyənin xarici işlər naziri Əli Babacanla görüşərək PKK-ya qarşı mübarizə məsələsini müzakirə edib. Bu arada isə İslam İnqilabı Keşikçiləri Korpusu Fars körfəzində irimiqyaslı təlimlərə başlayıb. Bu barədə İranın ingilisdilli "Press-TV" kanalı məlumat verib. Təlimlər İran Silahlı Qüvvələrinin bu elit hissəsinin döyüş hazırlığı və qabiliyyətini yaxşılaşdırmaq məqsədilə keçirilir. Təlimlərdə korpusun raket bölmələri, eləcə də dəniz və hava qüvvələri iştirak edir. Məlumata görə, təlimlər İsrailin Tehran nüvə layihəsini dayandırmasa, İrana zərbə endirəcəyi ilə bağlı bəyanatından bir neçə gün sonra başlayıb. kaspi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar