SON XƏBƏRLƏR

Tehranda İtaliya vətəndaşı həbs edilib

2022.10.03, 08:35
Tehranda İtaliya vətəndaşı həbs edilib

Gunaz.tv

“Korriere de la Sera” qəzetinin verdiyi xəbərdə Alessiya Piperno adlı 30 yaşlı qadının 4 gün öncə Tehran şəhərində təhlükəsizlik məmurları tərəfindən saxlanıldığı bildirilib.

Onun ailəsi ilə telefon əlaqəsi saxlaya bildiyi və onlardan azad edilməsi üçün yardım istədiyi qeyd olunub.

Gənc italiyan qadının saxlanılma səbəbləri barədə hər hansı açıqlama verilməyib.

Qeyd edək ki, İranda başlayan kütləvi etiraz aksiyalarından bəri 14 xarici ölkə vətəndaşı həbs edilib.

Tehran rejimi onların kütləvi etirazlara dəstək verdikləri, ölkədə iğtişaş yaratmağa cəhd etdikləri barədə iddialar irəli sürür.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar